Qəbul başlandı – namizədlər 6 dekabradək ərizə göndərə bilər
(®️) Azərbaycan Beynəlxalq Bankının yaratdığı IBA Tech Akademiyasına bu gündən növbəti qəbul elan edilib. Ölkəmizdə informasiya texnologiyaları üzrə peşəkar mütəxəssislərə olan ehtiyacı nəzərə alaraq yeni proqramda “DevOps mühəndisliyi”, “Machine Learning” və “QA Automation” ixtisasları üzrə kadr hazırlığı həyata keçiriləcək.
Müraciət edən namizədlər arasından 3 istiqamət üzrə 75 tələbə seçiləcək. 25 namizədə “DevOps mühəndisliyi”, 25 namizədə “Machine Learning”, 25 namizədə isə “QA Automation” sahəsində intensiv (bootcamp) kurslarda təhsil almaq imkanı yaradılacaq.
Qəbul zamanı hər istiqamət üzrə ən yüksək bal toplamış 10 namizəd (cəmi 30 namizəd) Azərbaycan Beynəlxalq Bankının, 10 namizəd (cəmi 30 namizəd) bp və onun tərəfdaşları (SOCAR, TPAO, PETRONAS, MOL, LUKOIL, NICO, Equinor, INPEX, ExxonMobil, SGC, ITOCHU, ONGC, TOTAL və Eni) ilə birgə təqaüdü ilə Akademiyada ödənişsiz təhsil alacaq.
Akademiyaya qəbul olunmaq istəyən şəxslər dekabrın 6-dək Akademiyanın rəsmi Facebook və internet səhifəsindən onlayn ərizə göndərə bilərlər: https://ibatech.az
Onlayn ərizələr göndərildikdən sonra namizədlərin seçimi 4 mərhələdə aparılacaq: motivasiya məktubu, sahə üzrə test, məntiq testi və fərdi müsahibə. Təlimlər dekabrın 15-dən başlanacaq və 3 ay davam edəcək.
IBA Tech Akademiyası Bakı şəhəri, Neftçi Qurban küçəsi - 29 ünvanında yerləşən müasir biznes mərkəzində fəaliyyət göstərir. Tələbələrin rahat gəliş-gedişi üçün nəqliyyat vasitəsi təmin ediləcək.
Akademiyanın fəaliyyətinə İsrail-Ukrayna şirkəti olan DAN.IT təhsil mərkəzi metodoloji dəstək verir. Təlimləri beynəlxalq təcrübəli mütəxəssislər İsrailin məşhur TELEM metodikası əsasında aparır. IBA Tech Akademiyasında verilən təhsil tələbələrə ixtisas bilikləri qazandırmaqla yanaşı, onların fərdi inkişafına, özlərini və layihələrini təqdim etmək bacarıqlarını təkmilləşdirmələrinə kömək edir. Kurs müddətində xüsusi fərqlənən məzunların işlə təminatına da dəstək verilir. Belə ki, indiyə qədər IBA Tech Akademiyası məzunlarının 70%-dən çoxu müxtəlif aparıcı şirkətlərdə işlə təmin olunub. Belə bir Akademiyanın yaradılmasında Azərbaycan Beynəlxalq Bankının məqsədi ölkəmizin əmək bazarındakı ehtiyacları nəzərə alaraq peşəkar İT mütəxəssislərinin hazırlanmasına dəstək olmaqdır.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları Bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
30 d. əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
-
- 56 d. əvvəl
-
1 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
1 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
2 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
2 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
2 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
Ən çox oxunanlar
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib






.jpg)








.jpg)









