Azərbaycanda lüks məhsullar satan 2 şirkət birləşdi
Kafel, metlax, hamam mebeli və aksessuarlarının satışı ilə məşğul olan "NeoClass" MMC lüks məhsulların satıı ilə məşğul olan "Collezione İtalia” MMC-yə qoşulub.
Marja xəbər verir ki, "NeoClass" MMC və "Collezione İtalia” MMC-nin ümumi yığıncaqları keçirilib.
“20” Noyabr 2020-ci il tarixli "NeoClass" MMC Ümumi Yığıncağının Qərarında bildirilir:
1."NeoClass" MMC "Collezione İtalia” MMC-yə qoşulsun,
2. Qoşulma dövlət qeydiyyatına alındığı tarixdən, "NeoClass" MMC fəaliyyətinə xitam verilərək (ləğv edilərək) təhvil aktı üzrə bütün hüquq və vəzifələri "Collezione İtalia” MMC -yə keçsin,
3. Qoşulma barədə mətbuatda elan dərc edilsin və "NeoClass" MMC dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında ərizə müvafiq orqana göndərilsin,
4. "NeoClass" MMC-nin rəhbəri tutduğu vəzifədən azad olunsun,
5. "NeoClass" MMC-nin hüquq və vəzifələrinin "Collezione İtalia” MMC -yə verilməsinə dair təhvil aktı tərtib edilərək təsdiq edilsin.
Təsisçisi Vahabov Azər Vəkil oğlu olan "Collezione İtalia” MMC-nin Ümumi Yığıncağının Qərarında isə bildirilir:
1. "Collezione İtalia” MMC "NeoClass" MMC -nin ona qoşulması nəticəsində yenidən təşkil olunsun,
2. Qoşulma ilə əlaqədar "NeoClass" MMC -nin bütün hüquq və vəzifələri təhvil aktı üzrə "Collezione İtalia” MMC keçsin,
3. Yenidən təşkil nəticəsində "Collezione İtalia” MMC nizamnamə kapitalı, təsisçiləri və onların nizamnamə kapitalındakı payları aşağıdakı kimi müəyyən edilsin:
Nizamnamə kapitalı 110 manat həcmindədir və hər biri 10.00 manat olan 11 paydan ibarətdir.
-Təsisçi : Vahabov Azər Vəkil oğlu 100,00 manat, 10 pay, 90.90 faiz, pul şəklində
-Təsisçi: Məmmədov Kamandar Əlimərdan oğlu 10 manat, 1 pay, 9.1 faiz, pul şəklində
4. "Collezione İtalia” MMC yenidən təşkili ilə bağlı mətbuatda elan dərc edilsin və təhvil aktı tərtib edilərək təsdiq edilsin.
5. "Collezione İtalia” MMC yenidən təşkili ilə əlaqədar nizamnaməsi təsdiq edilsin.
6. Dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün müraciət etmək, sənədləri qeydiyyat orqanına təqdim etmək, dəyişiklikləri əks etdirən hazır sənədləri və o cümlədən, özündə bütün reyestr məlumatlarını əks etdirən dövlət reyestrindən çıxarışın və digər hazır sənədləri təhvil almaq səlahiyyəti "Collezione İtalia” MMC -nin qanuni təmsilçisi Məmmədov Xəzər Əlimərdan oğluna həvalə edilsin.
Qeyd edək ki, artıq bir müddətdir Bakıda Azadlıq pr. 68 ünvanıda fəaliyyət göstərmiş "NeoClass" mağazası yeni ünvanda - Collezione Italia-da fəaliyyət göstərir.
"Collezione Italia" böyük premium mebel və aksesuarların multibrend şourumudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 15 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
2 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
2 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub























