Qızılın ucuzlaşmaqda davam edəcəyi proqnozlaşdırılır
Dolların dünya birjalarında ucuzlaşması tendensiyası davam edir. Son iki ilin minimumlarında ticarət edilən dollar indeksinin eniş tendensiyasının qorunacağı proqnozları ABŞ perzidenti Donald Trampın, Seçki Qurumu Co Baydenin qələbəsini təsdiqlədikdən sonra Ağ evi tərk edəcəyinə dair açıqlaması ilə daha da qüvvətlənib.
AVRO 1.19 HƏDLƏRİNİN ÜZƏRİNDƏ MÖHKƏMLƏNMƏYƏ İSRARLIDIR
Dünya birjalarında EUR/USD cütlüyü 1.19 hədləri üzərində qalmaqda davam edir. Təhlillərə əsasən, avro 1.1919$ səviyyəsi üzərində möhkəmlənərsə, ondan sonra kəsilə biləcək növbəti hədəfləri 1.1965$ və 1.1995$ səviyyələri ola bilər.
FUNTDA BAHALAŞMA PROQNOZLARI
Cari ticarət həftəsinin ilk günündə sürətli bahalaşma sərgiləyən GBPUSD cütlüyü sonrakı günlərdə 1.3330 və 1.3390 dəhlizində üfüqi dalğalanır. Təhlillərə əsasən, əgər 1.3400 müqavimət həddi qırılarsa, artımlar 1.3482 və 1.3570 həddlərinə qədər davam edə bilər.
QIZILA TƏLƏB AZALIB
Qızılda ucuzlaşma dinamikası zəifləsə də 1800$ səviyyəsinin qırılması ilə 1783$ və 1757$ həddlərə kimi də ucuzlaşmaqda davam edəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, Amerikada Şükran günü qeyd olunduğu üçün maliyyə bazarlarında aktivlik aşağı düşə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
























.jpg)


