"Finlandiyadan İrana yük daşınılması məqsədilə dəhliz yaratmağı planlaşdırırırıq"
“AzRusTrans” Azərbaycan-Rusiya birgə şirkəti Finlandiyadan İrana yük daşınılması məqsədilə dəhliz yaratmağı planlaşdırır. Bu barədə şirkətin baş direktoru Cavid Quliyev bəyan edib.
“Finlandiyalı tərəfdaşlarla uğurlu danışıqlar apardıq. Finlandiyanın İran, Finlandiyanın Hindistanla ticarət dövriyyəsi milyardlarla dollar təşkil edir. Finlandiyadan yüklər çox mürəkkəb yolla nəql olunur: Fin körfəzindən keçməklə, bütün ölkələri ötərək Rusiyaya nəql olunur. Bu yol 40-45 gün vaxt aparır. Bəzən hətta 2 ay çəkir. Bizim köməyimizlə Finlandiya bu marşrutu 3 dəfə azalda bilər - cəmi 15 gün tələb olunacaq”, - deyə C.Quliyev Rusiyanın “Новые известия” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda marşrutun maya dəyərinə dair həll olunmayan məqamlar qalıb. “Hazırda bunun üzərində çalışırıq - Rusiya Dəmir Yolları və Azərbaycan Dəmir Yolları ilə fəal danışıqlar aparırıq. Yaxın zamanda Finlandiyadan yüklərin bu qısa marşrut ilə nəql olunacağına dair heç bir şübhə yoxdur. Bu, yenə də Rusiya üçün müsbət məqamdır. Çünki Rusiyaya göndərilməyən yüklər dəniz ilə nəql edilir. Yəni, bu Rusiya Dəmir Yolları üçün əlavə tranzit yükləridir”, - deyə o qeyd edib.
“AzRusTrans” QSC 6 sentyabr 2016- cı ildə Bakıda qeydiyyata alınıb. Şirkətin nizamnamə kaputalı 150 min manata bərabərdir. Şirkətin səhmlərinin 51%-i ADY, 49%-i “Русагротранс”a məxsusdur.
© İnterfaks - Azərbaycan
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















