Paşinyan Putinlə Qarabağa dair danışıqların bir hissəsini açıqlayıb
Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 10-da Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması haqqında üçtərəfli Bəyanatın imzalanmasından əvvəl rusiyalı həmkarı Vladimir Putinlə apardığı danışıqlarla bağlı bəzi məqamları açıqlayıb.
Baş nazir bu barədə özünün feysbukdakı hesabında yazıb.
"Mən Rusiya prezidenti Vladimir Putinə zəng vurdum. Putin dedi ki, onun fikrincə münaqişənin nizamlanması Rusiya təkliflərinin məntiqinə uyğun olmalıdır”, - deyə Paşinyan bildirib. Baş nazirin sözlərinə görə, Putinin təkliflərinə işğal altındakı rayonları Azərbaycana qaytarmaq, bölgədə Rusiya sülhməramlılarını yerləşdirmək daxil idi.
Öz növbəsində Paşinyan da erməni tərəfinin təkliflərini bildirib və onlar daxili müzakirələrdən sonra yenidən zəngləşməyi razılaşdırıblar.
Paşinyan etiraf edib ki, Ermənistan hökumətinin sabiq rəsmiləri, siyasətçiləri, o cümlədən keçmiş dövlət başçısı Robert Koçaryan müharibənin dayandırılmasına razılıqlarını ifadə ediblər. Şübhəsiz ki, buna erməni ordusunun cəbhədəki ardıcıl məğlubiyyətləri səbəb olub.
Baş nazirin sözlərinə görə, növbəti gün Putin ona zəng vurub və bildirib ki, Azərbaycan tərəfi sülhməramlıların təmas xətti boyunca yerləşdirilməsinə razıdır. Lakin Ermənistanın hökumət başçısı bununla razılaşmayıb: “Beləliklə, barışıq qeyri-mümkün oldu”.
Paşinyan qeyd edib ki, həmin vaxt Cəbrayıl, Hadrut və bir sıra ətraf kəndlər Azərbaycan Ordusunun nəzarəti altına keçmişdi. Həmçinin humanitar atəşkəs haqqında iki razılaşma pozulmuşdu.
Beləcə, müharibə davam edib. Bir neçə gün sonra aparılan növbəti danışıqlardan sonra Ermənistanın baş naziri atəşkəs haqqında 10 noyabr Bəyanatına imza atmağa məcbur olub.
Şübhəsiz ki, bütün bunlar Paşinyanın öz versiyasıdır. Ölkədə kütləvi narazılıqlarla qarşılaşan hökumət başçısının xalqa açıqlamadığı və ya təhrif etdiyi, habelə gizlətdiyi digər məqamlar da mövcuddur.
Qeyd edək ki, daha əvvəl Rusiya prezidenti Vladimir Putin də Nikol Paşinyanla danışıqlar zamanı Ermənistanın baş nazirinin təkliflərindən təəccübləndiyini etiraf etmişdi. Krem rəhbəri qeyd etmişdi ki, Ermənistanın 10 noyabr Bəyanatından imtinası bu ölkənin intiharı olardı.
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)












.jpg)





