Argentina şirkətləri Azexport portalı və Rəqəmsal Ticarət Qovşağı ilə əməkdaşlıq edəcək
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Azexport portalı və Rəqəmsal Ticarət Qovşağı (RTQ) ilə Argentinanın “UAB Ramchos”, “Proargex” və “Gemaco Group” şirkətlərinin nümayəndələri arasında onlayn konfrans keçirilib.
Konfransda Azexport portalı və DTH-ın rəhbərləri Ayxan Qədəşov və Məsumə Talıbova Prezident İlham Əliyevin tapşırıqlarına əsasən yaradılan əlverişli biznes mühiti barədə xarici şirkətlərin nümayəndələrinə məlumatlar təqdim ediblər. Qeyd olunub ki, Azexport portalı qısa zaman ərzində böyük uğurlar əldə edib və sahibkarlar üçün yeni, eləcə də innovativ imkanlar yaradıb.
Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı isə onlayn rejimində transsərhəd elektron xidmətlərin həyata keçirilməsi üçün yaradılıb. Konfransda RTQ tərəfindən təqdim olunan imkanlardan istifadə etməklə e - və m - Rezidentlər Azərbaycandan və ya istənilən digər ölkədən tamamilə onlayn şəkildə şirkət təsis və idarə edə biləcəkləri qeyd olunub.
Argentina şirkətlərinin nümayəndəsi Jose Sabaliauskas isə Azərbaycanda yerli və xarici investorlara biznes üçün əlverişli mühitin yaradılmasından öz məmnunluğunu ifadə edib. O, bu imkanların Amerika - Asiya ticarət əlaqələrinin dayanıqlı və təhlükəsiz təşkili və tərəflər arasında təchizat zəncirinin təkmilləşdirilməsində müsbət rol oynayacağını bildirib. Bununla yanaşı, Jose Sabaliauskas təmsil etdiyi şirkətlərin Azərbaycanın coğrafi mövqeyindən və biznes üçün yaradılan imkanlardan istifadə edərək müəyyən kənd təsərrüfatı mallarının Azexport portalı vasitəsilə Qazaxıstan, Türkmənistan, Özbəkistan, İran və digər region ölkələrinə ixracının həyata keçirilməsində maraqlı olduğunu bildirib.
Müzakirələrin yekununda Azexport portalı və RTQ-nin Argentina sahibkarlarına onlayn formada təqdim olunmasına dair razılıq əldə olunub.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 20 d. əvvəl
-
- 57 d. əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)




.jpg)





.jpg)




