Maliyyə bazarlarında son vəziyyət - 07.12.2019
EUR.
Avrozonada deflyasiya riskləri artıb və birjalarda peyvəndə dair müsbət xəbərlərə reaksiya da aşırı qiymətləndirilir. Bu, Avropa Mərkəzi Bankının monetar siyasətini daha da yumşaldacağı ehtimallarını da artırmaqla, EUR/USD məzənnəsinin bahalaşması dinamikasının zəifləməsinə səbəb olub. Təhlillərə əsasən, avro ucuzlaşaraq, 1.21$-ın altında qalarsa, 1.19$-a kimi ucuzlaşa bilər.
GBP.
GBP/USD məzənnəsi isə 1.35$-da güclü müqavimətlə rastlaşaraq ucuzlaşmağa başlayıb. Hazırda 1.34$-a ticarət edilən funt, sözügedən səviyyənin altında da qalarsa, ucuzlaşma 1.33$-a kimi sürətlənə bilər.
Eyni zamanda, İngiltərə ilə Avropa Birliyi arasında Breksit danışıqları ilə bağlı ciddi irəliləyişin də olmaması və ticarət sazişi üçün son günün dekabrın 31-ə yaxınlaşdıqca, funtda volatillik yüksəlir.
TRY.
USD/TRY məzənnəsi isə 7.80TL-yə ticarət edilməkdədir. Məzənnə üzrə növbəti trend isə Türkiyə Mərkəzi Bankın (TCMB) qərarından asılı olacaqdır.
Bununla yanaşı, Türkiyədə işsizliklə bağlı cümə axşamı Bakı vaxtı ilə saat 11:00-da dərc ediləcək göstəricilər də investorların diqqət mərkəzindədir. Belə ki, İşsizlik 13%-ın üzərinə qalxarsa, lirə yenidən 8TL-yə kimi ucuzlaşa bilər.
OIL.
Amerikada yardım paketi fonunda narahatlıqlar və peyvəndə dair gözləntilərin azalması, Brent neftindən bahalaşma dinamikasının zəifləməsinə səbəb olub. Texniki təhlillərə əsasən, bir barel üzrə qiymət 48$-ın üzərində qaldıqca, 54$-a kimi dəyər qazanmaqda davam edə bilər.
Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
Gələn il üzrə qlobal iqtisadi proqnozların yenidən aşağı salınacağı ehtimalları, əlvan metallar bazarlarında bir unsiya üzrə qızılın, 1840$-a (59.2 $/qram) kimi dəyər qazanmasına səbəb olub və 1850$-ın (59.5 $/qram) qırılması ilə bahalaşmanın 1900$-a (61.1 $/qram) kimi davam edəcəyi proqnozlaşdırılır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















.jpg)




