Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Avro öldü, yaşasın Frank"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Avro öldü, yaşasın Frank"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Fransada Prezident olmaq üçün yarış davam edərkən, həddindən artıq sağçı namizəd Marina Le Pen  əhəmiyyətli bir açıqlama verib.
 
"Marja" xəbər verir ki,  "Avro öldü, yaşasın Frank" deyən Le Pen, ölkənin əvvəlki pul vahidinə geri qayıtması lazım olduğunu bildirib.

 

Le Pen, "Avro, Fransa iqtisadiyyatı üçün bir yükdür. İqtisadiyyatı düzəltmək üçün öz valyutamıza nəzarət etməyimiz lazımdır. Çünki, yeganə pul vahidi yük halına gəldi" ifadələrini istifadə edib.


 
Prezident seçilərsə, illi pul vahidini bərpa etməyi planlaşdırdığını bildirən Le Pen, Avronun beynəlxalq ticarətlə məşğul olan böyük şirkətlər tərəfindən istifadə edilən pula döndüyünü dilə gətirib.
 


Le Pen, Prezident seçilməsi halında ölkənin Avropa İttifaqından çıxması üçün referendum keçirməyi planlaşdırır. 23 Apreldə keçirilən Prezident seçkisinin ilk turunda Le Pen və Emmanuel Macron ən yüksək səs alan iki namizəd olmuş və 7 Mayda keçiriləcək ikinci tura çıxmağa layiq görmüşdülər.

30.04.2017 19:51

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18