Ali Baş Komandanın əmrində, xalqımızın xidmətindəyik
(®️) Modern Group tərkibinə daxil olan və tibb sahəsində mühim işlər görən Medicenter MMC və Modern Hospital MMC olaraq, Sentyabrın 27-sindən başlayan vətən müharibəsinin Allahın izni, Ali Baş Komandanın əmri, ordumuzun şücaəti, şəhidlərimizin qanı ilə “8 noyabr”ı tarixin səhifələrinə şanlı hərflərlə “Qələbə Günü” kimi yazdıraraq müharibənin lehimizə tamamlanması münasibətilə şəhid analarının əllərindən öpür, xalqımızı və bütün türk dünyasını könüldən təbrik edirik!
2ci Qarabağ müharibəsi gedişatında istər ön cəbhədə ordumuzun əvəzolunmaz və danılmaz zəhməti, istərsə də arxa cəbhədə həm şirkətlər , həm vətəndaşlar, uşaqdan böyüyə hərkəs həmrəylik göstərərək ön cəbhəyə fiziki, maddi dəstək olmağa çalışmışlardır. Bu sahədə “Medicenter” və “Modern Hospital” da ordumuza dəstək məqsədli bir sıra işlər görüblər.
2018-ci ildən travmatoloji sahədə fəaliyyət göstərən ABŞ-nın Zimmer Biomet, Polşanın ChM firmalarının ölkəmizdəki rəsmi eksklyuziv təmsilçisi olan “Medicenter” müharibə dövründə cəbhə bölgəsinə yollanan 10-dan çox həkim-travmatoloqlara tibbi təyinatlı malları (travmatoloji alət-avadanlıqları, sərfiyyatları, “İlizarov” aparatları və s. ) tam təmannasız olaraq ianə etmişdir. Vətən Müharibəsinin ilk günündən başlayaraq yaralı əsgərlərimiz, zabitlərimiz üçün əməliyyatların keçirilməsi məqsədi ilə travmatoloji sərfiyatlar cəbhəyə yaxın xəstəxanalara göndərilib, bu günə kimi 20 000 AZN məbləğində olan travmatoloji sərfiyyatlar istifadə edilmişdir.
“Medicenter”in kollektivi istər cəbhə bölgəsində, istərsə də Bakıda fəaliyyət göstərən həkim-travmatoloqlara lazımi köməyi təmin etmək üçün səfərbər olmuşdur.
2008-ci ildən fəaliyyət göstərən və hər il on minlərlə pasiyentin etibarını qazanmış “Modern Hospital” da müharibə dövründə fəal iştirak etmişdir. Həm cəbhə bölgəsində aktiv hərbçi kimi əlində silah düşmənlə vuruşaraq, həm də cəbhədə vətənə xidmət edənlərin sağlamlıqlarının keşiyində duran 27 nəfərlik tibbi briqada fəaliyyət göstərmişdir.
Əlavə olaraq, yaralı əsgər və zabitlərimizin əməliyyatında, müalicəsində istifadə üçün 30 000 AZN-lik tibbi ləvazimatlarla təmənnasız şəkildə ordumuza dəstək olmuşdur.
Həmçinin, müalicələrinin daha əlverişli və təminatlı şəraitdə davam etdirilməsi məqsədilə cəbhədə yaralanmış əsgərlərimizdən bəziləri Modern Hospitala təxliyə olunmuşlardır. 2 ay müddətində 14-ü stasionar, 20-si ambulator olmaqla ümumilikdə 34 hərbçimizin müalicəsi tam təmənnasız şəkildə yerinə yetirilmişdir.
Vətənə xidməti özünə şərəf bilənlərə xidmət göstərmək, bizlər üçün ən böyük qürur mənbəyidir!
QARABAĞ AZƏRBAYCANDIR !!!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 23 saat sonra
- 8 d. əvvəl
-
- 29 d. əvvəl
-
38 d. əvvəl
Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” baş tutub
-
47 d. əvvəl
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
-
2 saat əvvəl
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
-
2 saat əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
Ən çox oxunanlar
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Aprelin 15-də gözlənilən hava şəraiti





.jpg)







.jpg)



