Cənubi Koreyanın avtomobil nəhəngi iflasın astanasındadır

Cənubi Koreyanın avtomobil nəhəngi SsangYong, 55 milyon dollarlıq kredit borcu səbəbilə iflas müraciətini edib.
Marja xəbər verir ki, şirkət bundan 10 il əvvəl də maliyyə çətinlikləri ilə boğuşmuş, Hindistanlı Mahindranın SsangYong-un 75%-ini satın alması ilə iflasdan xilas olmuşdu.
Şirkətdən verilən açıqlamaya görə, xarici maliyyə təşkilatları ilə börcun ödənilməsi müddətlərinin təxirə salınması üçün razılaşa bilmədikləri qeyd edilib.
"İçində olduğumuz vəziyyətdən çıxmaq üçün bütün variantları qiymətləndiririk",- açıqlamada deyilir.
Cənubi Koreyanın ən böyük dördüncü avtomobil şirkəti olan SsangYong 1954-cü ildə qurulub. SsangYong istehsal etdiyi SUV modellər ilə tanınır.
İflas müraciəti - şirkətlərin borclarının restrukturizasiyası üçün həyata keçirdikləri hüquqi bir üsuldur.
Məhkəmə tərəfindən müraciəti qəbul edilən şirkətlərdə borc verənlər müsadirə əməliyyatı edə bilmir, banklar kreditlərini istəyə bilmir, əmlakları satışa çıxarılmır və dövlət bir növ qoruma təmin edir. İflas müraciətində məqsəd, borclu şirkətlərin maliyyə vəziyyətini düzəldib iflasdan xilas olmasını və borc verənlərin də pullarını müəyyən bir qrafik ilə alamalarını təmin etməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 56 d. əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 13 saat əvvəl
-
20 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
20 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 20 saat əvvəl
-
21 saat əvvəl
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Sentyabrın 28-də gözlənilən hava şəraiti

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan neftinin son qiyməti

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
Ən çox oxunanlar

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib

Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir

Sentyabrın 27-də gözlənilən hava şəraiti
