Ən həssas əhali qrupuna yardım məqsədilə bütün dünya azərbaycanlılarını bir araya gətiriləcək
Yeni təsis edilmiş “For Azerbaijan” qeyri-kommersiya təşkilatı ölkənin ən həssas əhali qrupuna yardım məqsədilə bütün dünya azərbaycanlılarını bir araya gətirməyi hədəfləyir.-“For Azerbaijan” Azərbaycanda ən həssas əhali qrupuna dəstək göstərmək üçün əsasən xaricdə yaşayan bir qrup azərbaycanlı peşəkar tərəfindən yaradılmışdır;
-Təşkilat dayanıqlı xeyriyyəçilik mədəniyyəti üçün infrastruktur yaratmaq məqsədi daşıyır;
-“For Azerbaijan” təşkilatının əməliyyatları nağdsız, rəqəmsal və tam nəzarət oluna bilən infrastrukturla təmin olunacaq və dörd əsas prinsipə əsaslanacaq: şəffaf, təsirli, miqyaslanabilən və dayanıqlı
Bu gün “For Azerbaijan” adlı yeni qeyri-kommersiya təşkilatı fəaliyyətə başladığını elan edir. Yalnız xeyriyyəçilik məqsədilə qurulan təşkilat, dünya azərbaycanlılarını və icmalarını bu amal ətrafında birləşdirərək Azərbaycandakı ən həssas aztəminatlı əhali qrupuna dəstək olmağı hədəfləyir.
Təşkilatın yaradılması ideyası ehtiyacı olan azərbaycanlılara dayanıqlı və şəffaf şəkildə kömək etmək üçün nümunəvi, xeyriyyəçilik təşkilatı yaratmağı hədəfləyən dünyanın müxtəlif ölkələrində yaşayan bir qrup azərbaycanlı peşəkar tərəfindən düşünülmüşdür. Hərəkat, qayğıkeş insanların maneəsiz şəkildə töhfə verə bilməsi və ehtiyacl olan insanlara təsirli dəstəyi təmin etmək üçün lazımi infrastruktur yaratmaq kimi ali baxışa sahibdir.
Təşkilatın qurucu üzvləri “For Azerbaijan” təşkilatının sonrakı illərdə davamlı fəaliyyət göstərməsini təmin etmək üçün ilk 2 il üçün tələb olunan minimum maliyyə vəsaitini ayıracaq. Təşkilatın uzun-müddətli proqramları minimal əməliyyat xərcləri çəkilməklə daha geniş xeyriyyəçi icmanın maliyyə yardımları ilə maliyyələşdiriləcək.
Şəffaf və miqyaslana bilən fəaliyyətin təmin edilməsi üçün, FA əməliyyatları nağdsız, rəqəmsal, tam şəffaf və izlənə bilən infrastruktura söykənəcəkdir. FA-nın strateji və fəaliyyət strukturu üç istiqamət əsasında qurulmuşdur: bərpa prosesinə köməklik (Məlhəm ol), gündəlik ehtiyacların qarşılanması (Əllərindən tut) və gələcəyə dəstək (Gələcəyə qucaq aç). Bu istiqamətlər çərçivəsində icra olunacaq konkret layihələr münaqişələrə, zorakılığa, təbii hadisələrə yaxud yoxsulluğa məruz qalan şəxslərə yardlm göstəriləcəkdir. Bu üç istiqamətli yanaşma cəmiyyətin ən həssas üzvlərinə dəstək olacaq, onların bərpa olunmasına və gələcəyə qətiyyətlə addımlamasına dəstək olacaqdır.
Təşkilat dünyanın bir çox ölkələrində yaşayan insanlardan maliyyə dəstəyini təmin edəcəkdir. Hər bir FA proqramı ehtiyacı olan insanların seçilməsində ciddi qiymətləndirmə meyarlarını tətbiq edəcəkdir. Təşkilatın nümayəndəsi, Ülviyyə Həsənzadə bildirir ki, “Daha çox sponsorun bu təşəbbüsə qoşulmasını təmin etmək üçün layihələrimiz miqyaslana bilən olacaqdır”. Təşkilat öz proqramlarını uğurla və səmərəli şəkildə həyata keçirmək üçün xeyriyyə təşkilatları və dövlət qurumları ilə tərəfdaşlıq edəcəkdir.
«For Azerbaijan» şəffaflıq, yüksək idarəetmə və hesabatlıq prinsiplərinə əməl etməyi öhdəsinə götürmüşdür.
“ Şəffaf və effektiv proqram vasitəsilə bizim yardım və dəstəyimizi ehtiyacı olanlara çatdırmaq üçün etibarlı, güvənli və bacarıqlı təşkilat yaratmaq çox vacibdir. Biz bu ideya ilə işə başladıq” “For Azerbaijan”ın qurucu üzvlərindən biri, Ülviyyə Həsənzadə şərh edir.
Təşkilat fəaliyyətə başladıqdan sonra, maraqlı tərəflər donor və yaxud könüllü qismində təşəbbüsə qoşula bilər. Əlavə məlumat üçün,https://forazerbaijan.org/en/ səhifəsinə daxil olun.
“For Azerbaijan” haqqında: “For Azerbaijan” dünyanın müxtəlif yerlərində fərqli peşə sahələrində çalışan bir qrup azərbaycanlı peşəkar tərəfindən ABŞ qanunvericiliyi tələblərinə uyğun olaraq təsis edilmiş qeyri-kommersiya təşkilatıdır. Bu təşkilatın əsas məqsədi dünya Azərbaycanda ən həssas əhali qrupuna effektiv, şəffaf, geniş-miqyaslı və dayanıqlı yollarla humanitar yardım etməkdir.
Əlavə məlumat üçün əlaqə vasitələri:
Email: [email protected]
Phone: +17037837113
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 12 saat sonra
-
-
4 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
5 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
5 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
6 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
7 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb



























