"Mərkəzi Bankın uçot dərəcəsini sabit saxlaması bazara mesajdır"
“Azərbaycan Mərkəzi Bankının (AMB) ötən gün keçirilmiş iclasında uçot dərəcəsinin sabit saxlanması barədə qərarın qəbul edilməsi bazara mesajdır”.
Bunu açıqlamasında “Kapital Menecment” investisiya şirkətinin analitiki Cəfər İbrahimli deyib.
Onun sözlərinə görə, bununla AMB uçot dərəcəsinin yaxın gələcəkdə artırılacağı ilə bağlı ehtimallara son qoyub və Azərbaycan manatının məzənnəsi ilə bağlı vəziyyətin sabitləşdiyini kommersiya banklarının nəzərinə çatdırıb: “Məzənnə ilə bağlı qeyri-müəyyənlik olduğu üçün bir sıra banklar kreditləşməni dayandırıb və bərpa etməyə tələsmir. Çünki, onlar düşünürlər ki, uçot dərəcəsi 20-25% də ola bilər. Bu halda kreditlərin illik faiz dərəcəsi bundan da yüksək ola bilər. Uçot dərəcəsinin sabit saxlanması isə kredit təşkilatlarının bu gözləntilərinin üzərindən xətt çəkdi”.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
Bundan başqa, C.İbrahimli qeyd edib ki, ötən gün keçirilmiş depozit hərracının nəticəsində bağlanılmış əqdlər üzrə orta ölçülmüş faiz dərəcəsi 13%-dən aşağı düşüb. Bunun özü də banklara bir mesajdır: “AMB-də yerləşdirilən depozitlərin gəlirliliyinin azalması o deməkdir ki, qurum daha banklardan cəlb etdiyi vəsaitlərə görə yüksək divident ödəmək istəmir. Artıq banklar alternativ investisiya variantları axtarmalı, əsasən də kredit vermək barədə düşünməlidir”.
© Report
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb






.jpg)









.jpg)



