Hirkan Milli Parkında yanğının söndürülməsinə təyyarə cəlb olundu
Hirkan Milli Parkında (Astara rayonu ərazisi) yanğın davam edir.
Marja-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində davam edən yanğının söndürülməsi küləyin güclənməsi səbəbindən bir qədər də çətinləşib. Yanğının söndürülməsi və geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə Fövqəladə Hallar Nazirliyindən (FHN) əlavə qüvvələr cəlb olunub.
Hazırda Cənub Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları mürəkkəb relyef şəraitində (yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur) yanğınsöndürmə işlərini həyata keçirirlər.
Bu gün səhər saatlarından etibarən FHN-nin Aviasiya dəstəsinin "BE-200ÇS" amfibiya təyyarəsi yanğının söndürülməsinə cəlb olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















