“Deyin “Rusiyaya ixrac olmayacaq”, biz də almaları dəyər - dəyməzinə sataq ya da məhv edək”
Rusiya qurumu “Rosselxoznadzor” ötən ilin dekabr ayının 10-dan etibarən Rusiyaya Azərbaycandan alma və pomidor idxalına qadağa qoyub. Qadağanın zərərvericilərin Rusiya ərazisinə gətirilməsinin və yayılmasının qarşısını almaq üçün tətbiq edildiyi bildirilib.
Marja-nın əldə etdiyi məlumata görə, Azərbaycanda alma yetişdirən femerlər və bu məhsulun ticarəti ilə məşğul olan sahibkarlar müflisləşməkdədirlər.
Qubalı fermer Emil Cabarov “Marja”ya bildirdi ki, almaların soyuducularda saxlanılması və xarabolma xərcləri çəkdikləri halda məhulları ixrac edə bilmirlər:
“Bu vəziyyətin nə qədər davam edəcəyini bilmək istəyirik. Kənd Təsərrüfatı Nazirliyindən və Qida Təhlükəsizliyi Agentliyindən dəqiq bir məlumat vermirlər. Yalnız “gözləyin” deyirlər. Nə qədər gözləməliyik? Ya bu problem həll etsinlər, ya da bildirsinlər ki, məsələn, iyun ayınadək alma ixracına icazə olmayacaq və.s Biz də işimizi bilək, xərc çəkməyək - əlimizdəki almaları dəyər-dəyməzinə sataq, ya da məhv edək. Hazırda ağacların budama dövrüdür. Ağacları budamağa əlimiz qalxmır. Əgər növbəti illər də Rusiyaya alma göndərə bilməyəcəyiksə nə üçün xərc çəkməliyik? Həm mənim kimi yüzlərlə saibkar ziyandadır, həm də minlərlə insan işsiz qalıb. Qubaya gəlsəniz bir çox insanın kefinin olmadığını müşahidə edərsiniz”.
Fermer Emil Cabarov bildirdi ki, avqust – noyabr dövründə Rusiyaya 700 ton alma göndərib. Dekabrın 10-dan etibarən Rusiya Azərbaycanda alma idxalına qoyduğundan qalan 160 ton almasını göndərə bilmir:
“Soyuducuda qalmış 160 ton almanın 80 tonu öz bağımdandır, digər 80 tonu Rusiyaya satmaq məqsədilə başqa təsərrüfatlardan 1 kiloqramını 1,10 manatdan almışam. Bir soyuducunun aylıq qiyməti 3 min manatdır. Şərtlərə görə, soyuducunu icarəyə götürən oktyabr-yanvar dövrünün pulunu – 12 min manatı ödəməlidir. Soyuducuda məhsulu 1 ay saxlansa da 12 min manat, 4 ay saxlansa da 12 min manat ödənilməlidir. Növbəti ayların hər biri üçün 3 min manat tələb olunur. Mən 2 soyuducu icarəyə götürmüşəm, yanvarın sonunadək saxlama xərcim 24 min manatdır. Həmçinin məhsulun xarab olması, daşınması xərcləri də var. Bütün bu xərclər qarşılığında məhsulları Rusiyaya göndərə bilmirik”.
Sahibkar əlavə etdi ki, Rusiyaya göndərmək üçün 1.10 manata aldığı almanı 1.30 manatdan aşağı satmaq ziyandır:
“Almanın bir kiloqramını 1.10 manatdan almışam. 1 kiloqram almanın 4 ay soyuducuda saxlanılması xərci 15 qəpikdir. 5 qəpik də xarab olanlara və daışınma üçün nəzərə alınmalıdır. Bu almanın kiloqramını 1.30 manatdan aşağı satsam ziyan edəcəm. Daxili bazara bu məhsulu vermək heç sərf etmir. Bakıda satış üçün almanı 50-60 qəpiyə alırlar. Çıxış yolu yalnız Rusiyaya göndərməkdir. Biz əlaqədar qurumlardan işləri sürətləndirmələrini xahiş edirik”.
ALMA İXRACI KƏSKİN AZALIB
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2020-ci ildə Azərbaycanda 29 milyon 500 min dollar dəyərində 72 087 ton alma ixrac edilib. 2019-cu ildə Azərbaycandan 40 milyon 86 min dollar dəyərində 96 892 ton alma ixrac edilmişdi.
Qeyd edək ki, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təqdim olunmuş fitosanitar nəzarətin artırılması, habelə aparılmış monitorinqlərin nəticələrinə dair təqdim olunmuş məlumatlar əsasında Azərbaycanın bir sıra hüquqi və fiziki şəxslərinə pomidor və alma məhsullarının Rusiyaya ixracına icazə vermişdir. İcazə almış şəxslərin sayı 30 civarındadır. Hələ də yüzlərlə sahibkar icazə gözləyir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 29 d. əvvəl
-
- 37 d. əvvəl
- 46 d. əvvəl
-
57 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma






.jpg)
.jpg)




.jpg)




.jpg)








