Yelo Bankda meqa zərər – MİLYARDERİN SƏRMAYƏSİ “ƏRİYİB”
2021-ci ilin yanvar ayından etibarən Yelo Bankın İdarə Heyətinin sədri vəzifəsini icra etməyə başlamış Anar Həsənov 325 milyon 120 min manat yığılmış zərəri olan Bankın “sükanı” arxasına keçib.
ZƏRƏRİ ARTIB
Marja Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, Yelo Bank 2020-ci ili 39 milyon 748 min manat xalis zərər ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank 2019-cu ili 68,7 min manat xalis mənfəət ilə bağlamışdı.
Yelo Bank 2020-ci ilin 9 ayını 23 milyon 192 min manat xalis zərər ilə bağlamışdı. 2020-ci ilin 4-cü rübündə Bankın xalis zərəri 16 milyon 556 min manat təşkil edib.
GƏLİRLƏRİ AZALIB
Yelo Bankın faiz gəlirləri 2019-cu ildə 57 milyon 672 min manat ikən, 2020-ci ildə 53 milyon 538 min manata düşüb. Bankın qeyri-faiz gəlirləri isə 5 milyon 38 min manatdan 3 milyon 783 min manata geriləyib.
GƏLİRLƏRİ XƏRCLƏRİNİ ÖDƏMİR
Ötən il Yelo Bankın cəmi gəlirləri 57 milyon 321 min manat, cəmi xərcləri isə 59 milyon 767 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən bankın 2 milyon 446 min manat əməliyyat zərəri yaranıb. Yelo Bank, problemli ola biləcək kreditlərinə görə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 37 milyon 303 min manat ayırdığından ötən ili 39 milyon 748 min manat xalis zərər ilə başa vurub.
Qeyd edək ki, ehtiyatlar - aktivlər üzrə gözlənilən zərərin ödənilməsi məqsədi ilə yaradılır. Gözlənilən zərər baş verdikdə ehtiyat məbləğində balansdan silinir. Zərər baş vermədikdə isə ehtiyat azad olur və mənfəətə əlavə edilir. Yelo Bankın ehtiyata daha çox vəsait ayırması gözlənilən (ehtimal edilən) zərərin artdığına işarədir.
KAPİTALININ BÖYÜK HİSSƏSİNİ İTİRİB
Bankın əsas sahibi azərbaycanlı milyarder, "Lukoil" neft şirkətinin rəhbəri Vahid Ələkbərov Banka maya qoysa da sərmayəsi “əriyir”. Ötən ilin 39 milyon 748 min manat zərəri daxil Yelo Bankın yığılmış zərəri 325 milyon 120 min manata çatıb və 378 milyon manat olan nizamnamə kapitalından zərər qədər silinib (52 milyon 880 min manat qalıb). Bank 2020-ci ilin sonunda 53 milyon 805 min manat məcmu kapitala malik olub.
BANK KİÇİLİB
2020-ci ilin sonunda Yelo Bank 390 milyon 923 min manat cəmi aktivlərə malik olub, aktivlərin 308 milyon 338 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2019-cu ilin sonunda Bankın cəmi aktivləri 484 milyon 727 min manat, müştərilərə verilmiş kreditlər 304 milyon 348 min manat təşkil etmişdi.
Ötən il Yelo Bankın qiymətli kağızlara investisiyaları 3,3 dəfə azalaraq 17 milyon 130 min manata düşüb.
KREDİTLƏR AZALIB
2019-cu illə müqayisədə 2020-ci ildə Yelo Bankın xalis kreditlər portfeli 7 milyon 154 min manat azalaraq 249 milyon 679 min manata düşüb.
DEPOZİTLƏRİN XEYLİ HİSSƏSİ BANKDAN ÇIXARILIB
Ötən il Yelo Bankda depozitər 79 milyon 87 min manat azlaraq 235 milyon 158 min manata düşüb. 2019-cu ilin sonunda Yeli Bankda depozitlər 314 milyon 245 min manat təşkil etmişdi.
Qeyd edək ki, "Yelo Bank" ASC-nin səhmdarları 96% ilə "Topaz İnvestments Limited" QSC şirkəti, 3,9% ilə Marina Kulişova və 0,1% payı ilə "İsr Holding"dir. "Topaz İnvestments" şirkəti Vahid Ələkbərovun nəzarətindədir. Marina Kulişova "Topaz İnvestments Limited" şirkətinin direktorudur.
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 13 d. əvvəl
-
- 49 d. əvvəl
-
1 saat əvvəl
“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Gələcəyə böyük addım: Payonix BOKT-un aktivləri və gəlirləri sürətlə artır!
- 2 saat əvvəl
-
2 saat əvvəl
İşdən qanunsuz çıxarılmış 53 nəfər isə əvvəlki işlərinə bərpa etdirilib
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycana gələn turistlərin xərcləri 23 % azalıb
“Prior Kredit BOKT”un xalis mənfəəti 15% artıb
“Korgöz-Tikinti-Material”nın zərəri azalıb
İyunun 6-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Dəmir zavodu layihəsilə bağlı növbəti müqavilələr imzalanıb - 800 MİLYON DOLLAR İNVESTİSİYA, 1600 İŞ YERİ
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin























