Dövlət bankı 2020-ci ili xalis mənfəətlə başa vurub
Sərt karantin tədbirlərinin tətbiq edildiyi və iqtisadi aktivliyin aşağı düşdüyü 2020-ci ili dövlət bankı “Azər-Türk Bank” ASC 423 min manat xalis mənfəət ilə başa vurub. Bank 2019-cu ili 603 min manat xalis mənfəət ilə bağlamışdı. Bir çox biznesin bağlı olduğu, insanların yaşayış yerlərini məhdud tərk edə bildiyi və Vətən müharibəsinin baş verdiyi 2020-ci ildə “Azər-Türk Bank”da kəskin azalamalar baş verməyib.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu ildə “Azər-Türk Bank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 32 milyon 182 min manat ikən, 2020-ci ildə 31 milyon 27 min manat təşkil edib.
Bankın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) isə 2019-cu ildəki 29 milyon 634 min manatdan 2020-ci ildə 30 milyon 194 min manata yüksəlib. Gəlirlərin azalması və xərclərin artması ilə əlaqədar olaraq əməliyyat mənfəəti 2019-cu ildəki 2 milyon 548 min manatdan 2020-ci ildə 834 min manata düşüb. Bank ötən ilin 834 min manat əməliyyat mənfəətindən 10 min manat mümkün zərərlər üçün yaradılan xüsusi ehtiyatlara ayırıb və 400 min manat mənfəət vergisi ödəyib.
2019-cu ildə “Azər-Türk Bank” 1 milyon 494 min manat ehtiyata ayırmış, 451 min manat mənfəət vergisi ödəmişdi.
BANKIN AKTİVLƏRİ ARTIB
2019-cu illə müqayisədə 2020-ci ildə “Azər-Türk Bank”ın cəmi aktivləri 11 milyon 489 min manat artaraq 359 milyon 207 min manata çatıb. Aktivlərin artmasının əsas səbəbi nağd pul vəsaitlərinin artması ilə əlaqədardır. 2020-ci ildə müştərilərə verilmiş cəmi kreditlər 19 milyon 154 min manat azalaraq ötən ilin sonunda 167 milyon 359 min manat olub. Ötən il Bankın daşınmaz əmlak kreditləri portfeli 17 milyon 157 min manat artaraq 86 milyon 284 min manata çatıb.
FİZİKİ ŞƏXSLƏRİN DEPOZİTLƏRİ ARTIB
2020-ci ilin sonunda “Azər-Türk Bank”da depozitlər 179 milyon 940 min manat təşkil edib. Ötən il fiziki şəxslərin depozitləri 8 milyon 657 min manat artaraq 80 milyon 792 min manata yüksəlib.
2020-ci ilin sonunda “Azər-Türk Bank” 50 milyon 38 min manat məcmu kapitala malik olub. Bank 2019-cu ilin sonunda 50 milyon 324 min manat məcmu kapitala malik idi.
Qeyd edək ki, "Azər-Türk Bank"ın səhmdarları Əmlak Məsələləri Dövlət Xidməti (75%), “Ziraat Bankası” (12.4%), “AzRe Reinsurance” (6.5%), “Qala Heyat” (5%), “Ziraat Bank International”dır (1.1%).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
Tramp İranın ali lideri ilə “razılaşma əldə etmək üçün” görüşə biləcəyini deyib
-
-
1 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 saat əvvəl
-
1 saat əvvəl
“PAYONİX BOKT” 2025-ci ildə böyüyüb, gəlirləri artıb - MALİYYƏ VƏZİYYƏTİ
-
2 saat əvvəl
“PAŞA Bank” 2025-ci ili 178 milyon manatdan xalis mənfəətlə başa vurub
-
2 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
- 3 saat əvvəl
-
17 saat əvvəl
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
- 17 saat əvvəl
-
18 saat əvvəl
Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 9 GÜN
Ən çox oxunanlar
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub
Naxçıvan şəhərində yeni tikiş fabriki fəaliyyətə başlayıb
"SpaceX" IPO üçün səhm qiymətini 135 dollar müəyyənləşdirib — şirkətin dəyəri 1,77 trilyon dollar qiymətləndirilir
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir


















