“Yelo Bank”ın göstəriciləri müflisləşmə həddlərinə doğru düşüb
Ötən cümə günü Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bir neçə bankın xüsusi nəzarətdə olduğunu, koronavirus epidemiyasının həmin banklara da mənfi təsir etdiyini və vəziyyətlərinin Maliyyə Sabitliyi Şurasında müzakirə edildiyini bildirdi.
Marja xəbər verir ki, son 5 ildə zərərdən xilas ola bilməyən banklardan biri "Yelo Bank"dır. Bir neçə qalmaqallarda ləkələnmiş “Nikoil Bank” adından imtina edilib “Yelo Bank” adına keçilsə də, qurum zərərdən xilas olmayıb.
2015-2020-ci il dövründə “Yelo Bank” yalnız 2019-cu ili çox cüzi – 69 min manat xalis mənfəət ilə başa vurmuşdur. Bank 2015-ci ili 9 milyon manat, 2016-cı ili 148 milyon 539 min manat, 2017-ci ili 2 milyon 709 min manat, 2018-ci ili 135 milyon 200 min manat, 2020-ci ili isə 39 milyon 749 min manat xalis zərər ilə bağlayıb. Son 5 il ərzində Yelo Bankın cəmi xalis zərəri 326 milyon 206 min manat təşkil edib. Kapital çatışmazlığı ilə üzləşməməsi üçün həmin dövrdə səhmdarları Banka 343 milyon 500 min manat əlavə sərmayə qoyublar. Qısası, Bankın nizamnamə kapitalı 34 milyon 500 min manatdan 378 milyon manatadək artırılıb. Yığılmış zərər ilə Bankın nizamnamə kapitalının 86%-i "buxarlanıb". O cümlədən, səhmdarları Banka 2020-ci ildə 30 milyon manat maya qoyublar, lakin Bankın 2020-ci ildəki 39 milyon 749 min manat zərəri bu sərmayəni tamamilə silib.
Ötən ilin sonunda “Yelo Bank”ın məcmu kapitalı Mərkəzi Bankın banklara qarşı minimal tələb olan 50 milyon manatdan bir qədər çox olub (53 milyon 805 min manat). Əgər Bankın nizamnamə kapitalı əlavə artırılmasa, 2021-ci ildə yarana biləcək bir neçə milyon manatlıq zərər Bankı kapital çatışmazlığı ilə üzləşdirəcəkdir və normalara cavab verməyəcəkdir. "Yelo Bank" riskləri uzaqlaşdırmaq üçün xalis mənfəət əldə etməli və ya nizamnamə kapitalı arıtırılmalıdır.
"Yelo Bank"ın kapital adekvatlığı da pisləşməkdədir. Əgər 2018-ci ilin sonunda I dərəcəli kapitalın adekvatlıq əmsalı 21,15% ikən, 2020-ci ilin sonunda 16.04% təşkil edib. Məcmu kapitalın adekvatlıq əmsalı isə 24,62%-dən 18.34%-ə geriləyib. Bu əmsallar bank kapitalının riskli aktivlərə olan nisbətini ifadə edirlər. Qanunvericilik ilə bu nisbətlərin müəyyən həddlərdən (I dərəcəli kapitalın adekvatlıq əmsalının 5%-dən və məcmu kapitalın adekvatlıq əmsalının 10%-dən) aşağı enməsinə icazə verilmir. Əmsalların aşağı düşməsi risklərin artdığına işarədir və əgər normalardan aşağı düşərsə bank müflisləşə bilər.
"Yelo Bank"ın digər bir problemi gəlirlərinin xərclərini ödəməməsidir. Daha ətraflı buradan məlumat ala bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 15 saat əvvəl
-
- 15 saat əvvəl
-
15 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 15 saat əvvəl
-
15 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
17 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 17 saat əvvəl
-
17 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 17 saat əvvəl
-
17 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb



















