Almaniyanın ixracı 2020-də 9% geriləyib - ÇİNDƏN İDXALI ARTIB
Almaniyanın 2020-ci ildə ixracı Kovid-19 pandemiyası ilə əlaqədar iqtisadi böhranın təsirilə 9,3% geriləyərək 1 trilyon 204,7 milyard dollara düşüb.
Marja Almaniya Federal Statistika Komitəsinin (Destatis) məlumatlarına istinadən xəbər verir ki, ötən il ölkənin ixracı 1 trilyon 204,7 milyard avro, idxalı isə 1 trilyon 25,6 milyard avro olub. Ölkənin xarici ticarət profisiti isə 179,1 milyard avro səviyyəsində reallaşıb.
Ötən il ixrac 9,3%, idxal isə 7,1% azalıb. Destatis, qlobal mali böhranın yaşandığı 2009-da ixracdakı azalmanın 18,4% olduğunu xatırladıb.
Almaniya, 2019-da 1 trilyon 327,6 milyard avro ixrac, 1 trilyon 104,1 milyard avro idxal edərək rekord yeniləmişdi. 2019-da xarici ticarət profisiti 223,5 milyard avro olaraq qeydə alınmışdı.
Almaniyanın keçən il etdiyi ixracın 634,4 milyard avrosu Avropa Birliyi (AB) ölkələrinə, idxalın isə 372,8 milyard avroluq hissəsi AB-dən reallaşdırılıb.
AB ölkələrinə edilən ixrac 9,2% və bu ölkələrdən edilən idxal 7,7% azalıb.
Destatis məlumatlarına görə, Almaniyanın, ən əhəmiyyətli ticarət ortağı ABŞ-a ixracı 2020-də bir əvvəlki illə müqayisədə 12,5% düşərək 103,8 milyard avroya geriləyib.
Digər əhəmiyyətli ticarət ortağı Çinə ixracı isə 0,1% azalaraq 95,9 milyard avroya düşüb. Çindən idxal isə keçən il 5,4% artaraq 116,2 milyard avroya yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
29 d. əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
-
- 30 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
2 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Azərbaycanda doğum azalıb, ölüm artıb
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib



























