"Total" rebrendinqə hazırlaşır
Fransanın "Total" neft-qaz şirkəti tullantıların azaldılmasını nəzərdə tutan transformasiya planı çərçivəsində adını dəyişmək niyyətindədir.
Rusiya mətbuatının verdiyi məlumata görə, rebrendinqdən sonra şirkət "TotalEnergies" adlanacaq.
Məlumata görə, sözügedən plan enerji istehsalında mayeləşdirilmiş qaz, alternativ və elektrik enerjisindən istifadənin genişləndirilməsini, neft məhsullarından istifadənin isə 55%-dən 30%-dək azaldılacağını nəzərdə tutur. Bu prosesin cari onillikdə baş verəcəyi nəzərdə tutulub.
Məlumata görə, bu məqsədlə səhmdarların illik yığıncağında şirkətin adının dəyişdirilməsi məsələsi müzakirəyə çıxarılacaq.
Xatırladaq ki, "Total" şirkəti Azərbaycanda SOCAR-la birlikdə "Abşeron" yatağının işlənməsi layihəsində iştirak edir. "Abşeron" yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan cənub-şərq istiqamətdə yerləşir. Yatağın işlənməsi SOCAR və "Total" şirkətlərinin birgə müəssisə olan JOCAP tərəfindən həyata keçirilir.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 46 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI



























