ABŞ “Brent”in qiyməti ilə bağlı proqnozunu artırıb
ABŞ neft qiymətlərinə dair proqnozunu dəyişib.
Birləşmiş Ştatların Enerji İnformasiya Administrasiyasının (EIA) yaydığı məlumata görə, cari ildə “Brent” markalı xam neftin bir barrelinin orta qiymətinin 53,20 dollar olacağı nəzərdə tutulur. Ötənaykı proqnoz isə 52,70 dollar/barrel idi.
EIA bildirib ki, ilin birinci yarısında “Brent”in orta qiyməti 54,47 dollar/barrel, ikinci yarımildə isə 52 dollar/barrel olacaq. Gələn il “Brent” neftinin orta qiyməti 55,19 dollar/barrel təşkil edəcək. Əvvəlki proqnoz 53,44 dollar/barrel idi.
“Light” markalı xam neftin orta qiymətinin bu il 50,21 dollar/barrel, növbəti il isə 51,56 dollar/barrel olacağı gözlənilir. Ötənaykı proqnozda bu rəqəmlər 2020-ci il üçün 49,70 dollar/barrel, 2021-ci il üçün 49,81 dollar/barrel olmuşdu.
Bu il ABŞ-ın sutkalıq neft istehsalı 11 milyon barrel olacaq
Birləşmiş Ştatların 2021-ci il üzrə gündəlik xam neft hasilatına dair proqnoz aşağı salınıb.
Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, cari ildə Birləşmiş Ştatların neft istehsalının sutkada 11 milyon barrel olacağı nəzərdə tutulur. Əvvəlki proqnoz 11,1 milyon barrel idi.
2022-ci ildə isə Birləşmiş Ştatların sutkalıq neft hasilatının 11 milyon 530 min barrelə yüksələcəyi gözlənilir. Ötənaykı proqnoz 11,49 milyon barrel idi.
Qeyd edək ki, keçən il ABŞ-da gündəlik neft hasilatı 11 milyon 290 min barrel təşkil edib.
ABŞ 2018-ci ilin noyabrında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük xam neft istehsalçısı olub.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 49 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
2 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
























