Sumqayıt Texnologiyalar Parkı ölkəyə xarici sərmayə cəlb etdi - MÜQAVİLƏ İMZALANIB
Yaradılacaq müəssisədə “Assan Panel” brendi ilə yanaşı yeni brendlər altında yüksək keyfiyyətli, geniş çeşiddə sendviç panel və tamamlayıcı məhsullar istehsal ediləcək.Sumqayıt Texnologiyalar Parkı və Türkiyənin iri sənaye qrupu olan Kibar Holding-ə aid Assan Panel Sanayı ve Ticaret A.Ş. (Assan Panel) şirkəti sendviç panellərin və tamamlayıcı məhsulların istehsalı üzrə birgə müəssisə yaratmaq məqsədilə müqavilə imzalayıblar.
Marja STP-yə istinadən xəbər verir ki, “ASSAN-STP PANEL” adı altında fəaliyyət göstərəcək şirkət STP-nin Sendviç Panelləri Zavodunun bazasında yaradılacaqdır.
Razılaşma STP ilə yanaşı ölkə iqtisadiyyatı üçün də böyük əhəmiyyət kəsb edir. Belə ki, dünyada sendviç panel istehsal edən on ən böyük şirkətdən biri olan Assan Panel-in Azərbaycana gəlməsi ölkənin məhsul idxalından asılılığın azalması, ixrac potensialının artırılması, həmçinin, ölkənin qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi baxımından önəmlidir.
Birgə müəssisə beynəlxalq standartlara cavab verən yerli istehsalı yeni sərmayə hesabına müasirləşdirərək Gürcüstan, Rusiyanın Cənub bölgəsi və Orta Asiya ölkələrinə satış həyata keçirməyi hədəfləyir. Yaradılacaq müəssisə Kibar Holding-in “Assan Panel” brendi ilə yanaşı yeni brendlər altında yüksək keyfiyyətli, geniş çeşiddə panel və tamamlayıcı məhsullar istehsal edəcək. İllik istehsalın 2 milyon kvadrat metr olacağı planlaşdırılır. Beləliklə, birgə müəssisə regionun ən böyük və ən müasir sendviç panel istehsalçısına çevriləcəkdir.
Biznes və korporativ idarəetmə sistemində yenilik etmiş STP ölkəyə xarici investisiyanın cəlb edilməsini, istehsalatın genişləndirilməsini və ixracın artırılmasını inkişaf strategiyasının tərkib hissəsinə çevirib. STP yeni investisiyaların cəlb olunması və xarici təcrübələrdən yararlanması istiqamətində işlərini davam etdirir. STP-nin yeni tərəfdaşı Kibar Holding bu günə kimi Hyundai, Turkish Airlines, Posco və digər nəhəng beynəlxalq şirkətlərlə birgə müəssisələr qurub. Kibar Holding-ə aluminium, avtomobil, qida və neft-qaz kimi bir çox sektorda fəaliyyət göstərən şirkətlər daxildir. Həmin şirkətlərindən biri olan Assan Panel Avropa, Yaxın Şərq, Orta Asiya və Afrika daxil olmaqla ümumilikdə 85 ölkəyə ixraclar həyata keçirir. Türkiyə və İordaniyada yerləşən 4 istehsalat sahələrinin ümumi illik istehsalat gücü 18 milyon kvadrat metr təşkil edir. STP-nin yeni tərəfdaşlığı tək xarici sərmayənin cəlb olunması baxımından deyil, həmçinin iri beynəlxalq sənaye istehsalçılarının təcrübəsinin ölkəyə gətirilməsi və peşəkar kadrların yetişdirilməsi baxımından da qeyri-neft sektorunun inkişafına öz töhfəsini verəcəkdir.
Qeyd edək ki, STP 2020-ci ili struktur və korporativ idarəetmə sistemində yenilikləri nəzərdə tutan transformasiya ilə başa vuraraq holdinq idarəetmə modelini tətbiq edibdir. 2021-ci ildən STP zavodları istehsal sahələrinə uyğun olaraq “STP Global Cable”, “STP Alüminium”, “SOCAR-STP”, “STP Metal Structures” biznes vahidləri və birgə müəssisələr vasitəsilə fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
6 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
7 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
7 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
8 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar
















.jpg)




