PAŞA Həyat “Qarabağ Dirçəliş Fonduna” 100 min manat vəsait köçürüb
PAŞA Həyat şirkəti “Qarabağ Dirçəliş Fonduna” 100 min manat məbləğində vəsait köçürüb.
Bununla bağlı şirkətin İdarə Heyəti sədri Niyaz İsmayılov açıqlama verib: “Son müharibə dövründə, ondan öncə və sonra biz PAŞA Həyat şirkəti olaraq ölkəmiz üçün həm maddi, həm mənəvi dəstəyimizi əsirgəməməyə çalışırdıq. Artıq növbəti təşəbbüsə qoşuluruq və bununla fəxr edirik. Belə ki, daha öncə dəfələrlə qeyd etdiyim kimi, bizim qarşımızda Qarabağı dirçəltmək kimi şərəfli və məsuliyyətli iş durur. Biz Qarabağı regionun ən inkişaf etmiş bölgəsinə çevirməliyik. Ölkə, xalq olaraq hər birimiz bunun üçün çalışmalı, əlindən gələni etməlidir. Görüləcək işlər çoxdur, lakin hər kəs artıq bilir ki, Güc Birlikdədir və biz bu əzmlə düşmənin dağıtdığını qısa bir zamanda bərpa edə biləcəyik.”
Diqqətinizə çatdıraq ki, “Qarabağ Dirçəliş Fondu” Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2021-ci il tarixli Fərmanı ilə yaradılıb. Fondun əsas məqsədləri: Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsi, sərmayələrin cəlb edilməsidir. Bu sahədə dövlət-özəl sektor tərəfdaşlığının təmin edilməsi, eləcə də ölkə daxilində və xaricində zəruri təşviqat işlərinin həyata keçirilməsi də Fondun məqsədləri arasına daxildir.
Sözügedən Fonda PAŞA Holding-ə daxil olan şirkətlər tərəfindən ümumilikdə artıq 2 milyon AZN ianə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)













