Neftdə "soyuq hava" bahalaşması
Neft qiymətləri, ABŞ-dakı soyuq hava dalğasının Texasdakı neft istehsalına mənfi təsir edəcəyinə dair narahatlıqlar ilə əlaqədar olaraq yüksəlib.Neft qiymətləri, Texasdakı soyuq havanın istehsala dair narahatlıqları artırması ilə əlaqədar olaraq 13 ayın zirvəsinə yüksəlib.
Marja xəbər verir ki, Qərbi Texas nefti 2,5% qədər bahalaşaraq, 2020-ci ilin Yanvar ayından bu yana ilk dəfə barreli 60 dolları keçib. Brent neftinin qiyməti isə 64 dollara yaxınlaşıb.
Bazarlardakı proqnoz, soyuq hava dalğasına görə Texasdakı bir neçə min barellik istehsalın zərər görə biləcəyi istiqamətindədir.
Rusiya Baş nazirinin müavini Aleksandr Novak isə keçən həftə neft bazarının tarazlaşdığını (tələb təklifə bərabərdir) söyləyib.
Soyuq hava, Səudiyyə Ərəbistanının istehsalını əlavə azaltması və ABŞ-ın yeni təşviq paketi neft qiymətlərini dəstəkləyir. Lakin ən böyük faktor qlobal miqyasda koronavirusa yoluxanların azalmasıdır.
Neftayırma zavodlarının neft tələbinin peyvəndləmənin genişlənməsi ilə daha da artacağı gözlənilir.
Brent nefti 1.9% bahalaşaraq qiyməti 63.63 dolları, ABŞ xam nefti isə 2.4% bahalaşaraq qiyməti 60.88 dolları görüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 53 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
2 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI


























