Neftin bir barelinin 100 dollar olacağı gözlənilir
ABŞ bankları – “JPMorgan Chase & Co.” və “Goldman Sachs” neftin qiymətinin bir barel üçün 100 ABŞ dollara yüksələcəyini proqnozlaşdırır.
“angi.ru” xəbər verir ki, iqtisadçılar pandemiyanın təsirlərinin azalması ilə xammal bazarında yeni “supertsikl”in başlayacağını düşünürlər.
“Önümüzdəki illərdə əvvəlcə neftə ehtiyacımız çoxalacaq və təklif tələbi ödəməyəcək. Amma sonra neftə heç ehtiyacımız da olmayacaq. Bu dövrdə neftin bir barrelinin 100 ABŞ dollar və ya daha çox olacağını görə bilirik”, - “JPMorgan”ın neft-qaz sektorunun başçısı Kristian Malek deyib.
“Financial Times” yazır ki, xammalın qiyməti son dəfə 2014-cü ildə belə həddə çatıb. Bu cür böyümənin ilkin şərtləri neftə tələbatı dəstəkləyəcək büdcə stimulları olacaq. Tələb və təklif arasındakı fərq qiymətlərin sürətlə artmasına səbəb olacaq və yeni “supertsikl”in yaranmasına xidmət edəcək. Bu da neft bazarının tamamilə çevrilməsi və COVID-19 pandemiyasından qurtulması demək olacaq.
Qeyd edək ki, bu gün səhər saatlarında “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 65,09 dollar/barel (+1,17%), WTI markalı neftin mart fyuçerslərinin qiyməti isə 61,72 dollar/barel (+0,95%) təşkil edib.
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 36 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI



























