“Lukoyl” Xəzərdə “Dostluq” yatağının işlənilməsində iştirak edəcək
"Lukoyl" neft şirkəti Xəzərdə "Dostluq" yatağının işlənilməsində iştirak edəcək. Bu barədə Türkmənistanın “Orient” informasiya agentliyi məlumat yayıb.
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov bu gün "Lukoyl" şirkətinin prezidenti Vahid Ələkbərovla görüşüb. Onlar neft-qaz sahəsində, xüsusilə Xəzərdə tərəfdaşlıq imkanlarını müzakirə ediblər. "Bu aspektdə bu yaxınlarda Azərbaycan ilə Türkmənistan arasında imzalanmış Xəzərdə “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı və işlənilməsinə dair Anlaşma Memorandumunun əhəmiyyəti qeyd olunub”, - deyə məlumatda bildirilir.
Berdiməhəmmədov "Lukoyl" şirkətinin bu layihədə iştirak etməyə hazır olduğunu alqışlayıb. "Ələkbərov Türkmənistan liderini əmin edib ki, şirkət "Dostluq" yatağının uğurla işlənilməsi üçün səylərini əsirgəməyəcək. O, bununla bağlı sazişin imzalanmasının əməkdaşlığın yeni mərhələsi olacağına əminliyini ifadə edib", - deyə məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, 2021-ci il yanvarın 21-də Azərbaycan ilə Türkmənistan arasında Xəzərdə “Dostluq” (əvvəlki adı “Kəpəz”) yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı və işlənilməsinə dair Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Türkmənistanla sözügedən yatağın işlənilməsi haqqında yekun müqavilənin tezliklə imzalanacağına ümid edir.
Türkmənistan tərəfinin “Sərdar” adlandırdığı “Kəpəz” yatağı 1986-cı ildə azərbaycanlı mütəxəssislər tərəfindən kəşf edilib. Azərbaycan tərəfinin məlumatına görə, yatağın neft ehtiyatları təqribən 50 milyon ton həcmində qiymətləndirilir.
"İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 3 d. əvvəl
-
- 10 d. əvvəl
-
13 d. əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
44 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
45 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 53 d. əvvəl
-
1 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
2 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Ən çox oxunanlar
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir























