SOCAR-ın əsas payçı olduğu şirkətin xalis mənfəəti proqnozu üstələyib
SOCAR-ın böyük payçı olduğu Petkimin 2020-ci ildə xalis mənfəəti proqnozlardan çox reallaşaraq 1,07 milyard TL (250 milyon manat) təşkil edib.
Marja xəbər verir ki, şirkətin 2020-ci ili 739,1 milyon TL xalis mənfəət ilə başa vuracağı gözlənilirdi.
Petkimin 2020 ildə satışları da analitiklərinin proqnozunun üzərində reallaşıb və 11,38 milyard TL-lik proqnoza qarşılıq 12,13 milyard TL (2 milyard 652 milyon manat) olub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Turcas şirkətilə birgə yaratdığı "SOCAR & Turcas Petrokimya A.Ş" 2008-ci ildə Petkim-in 51% hissəsini Türkiyə Özəlləşdirmə İdarəsindən 2 milyard 40 milyon dollara satın almışdır. Sonradan Turcas şirkəti birgə müəssisədəki payını satmışdır.
Hazırda Petkim şirkətinin səhmlərinin 51%-i, "SOCAR Turkey Enerji A.Ş"-nin (SOCAR Türkiyə) 99,99995%-nə sahib olduğu "SOCAR Turkey Petrokimya A.Ş." şirkətinə məxsusdur, 49%-i İstanbul Birjasında ticarət olunur. "SOCAR Turkey Enerji A.Ş"-nin 87%-i Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) 13%-i "Goldman Sachs International" şirkətinə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
9 d. əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
-
19 d. əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 22 d. əvvəl
- 24 d. əvvəl
-
38 d. əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
40 d. əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
-
57 d. əvvəl
“AFB Bank”ın maliyyə vəziyyəti necədir? - BANKIN SON DURUMU MƏLUM OLDU
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
2 saat əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Avtomagistral” anlayışı dəyişir
Ən çox oxunanlar
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq

























