"Hədəflərimizə çatmaqdan hələ də çox uzaqdayıq"
Fed sədri yumuşaq pul siyasətinin hələ bir müddət də davam edəcəyinə işarə edib. Cerom Pauelin, istiqraz faizləri və inflyasiyanın nəzarətdə saxlanılacağına dair bazarlara güclü mesajlar verə bilməməsinin ardından qlobal bazarlarda satışlar sürətlənib.ABŞ Mərkəzi Bankının (Fed) sədri Jerome Powell (Cerom Pauel) etdiyi çıxışında, "Hədəflərimizə çatmaqdan hələ də çox uzaqdayıq" deyib.
Marja xəbər verir ki, pul siyasətində dəyişiklik üçün hədəflərə doğru gerçək bir irəliləyişin lazım olduğunu ifadə edən Jerome Powell, "Hədəflərimizə çatmaq sözümüzə güclü şəkildə bağlıyıq. Məşğulluqda artım gözləmək üçün güclü səbəblər var, ancaq 2021-ci ildə tam məşğulluğa nail olunması o qədər də mümkün deyil" şəklində danışıb.
"İqtisadiyyat yığışdıqca inflyasiyanın yüksəlməsini gözləyirəm" deyən Powell, "Fed, inflyasiya hədəfinə çatmaq üçün vasitələrini istifadə edəcək. İnflyasiyada bir artş görülməsi halında səbirli olacağıq. Faiz artırmağa başlamağımız bir qədər zaman tələb edir. Pul siyasətini sərtləşdirmədən əvvəl nəzər alınması lazım olan bir çox mövzu var" deyib.
Powell, istiqraz bazarındakı oynaqlığın diqqətini çəkdiyini ifadə edib və "Fed, qiymətli kağız alışlarını azaldaraq insanları çaşdırmaq istəmir. Bazarlardakı nizamsız şərtlər narahat olmaq üçün bir səbəbdir. Maliyyə şərtlərinin davamlı sərtləşməsindən narahat oluram. Qlobal aşağı inflyasiya mühiti yaxın zamanda dəyişməyəcək" deyib.
ABŞ-ın 10 illik istiqrazlarının faizləri Jerome Powell-in çıxışının ardından yenidən yüksələrək 1,53% səviyyəsinə yüksəlib. S&P 500 İndeksi isə 1,6% azalıb və 2021-ci ildəki artım silinib.
10 illik istiqraz faizləri keçən həftə 1,6% səviyyəsinədək yüksəlmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 d. əvvəl
-
-
8 d. əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
10 d. əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
16 d. əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
1 saat əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Mayın 19-da gözlənilən hava şəraiti
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Ən çox oxunanlar
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb
Baku Electronics-də yaz fürsətləri davam edir!
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
















.jpg)









