"Azərbaycanın tikinti sektoru Qarabağın hesabına böyüyəcək"
2018-2019-2020-ci illərdə müvafiq olaraq 8,8%, 6,1% və 15,2% kiçilmiş Azərbaycanın tikinti sektoru Qarabağda aparılan bərpa və yenidənqurma işləri hesabına 2021-ci ildə 9,1%, 2022-2025-ci illərdə isə hər il 4,4% böyüyəcək.
Bu proqnozla Böyük Britaniyanın paytaxtı Londonda fəaliyyət göstərən “Global Data” konsaltinq şirkəti çıxış edib.
Şirkət son 3 ildəki geriləməni əsasən neft qiymətlərinin azalması, koronavirus pandemiyası ilə izah edib.
"Azərbaycan hökuməti bu il Qarabağda görüləcək işlərə 1,3 milyard ABŞ dolları xərcləməyi planlaşdırır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bölgədə 2 661 km yolun təmir ediləcəyini və yaxud yenidən qurulacağını açıqlayıb", - şirkətin açıqlamasında qeyd olunub.
"Azərbaycan hökuməti ölkə iqtisadiyyatına birbaşa xarici investisiya qoyuluşunu artırmağı, bu investisiyaların ümumi daxili məhsuldakı (ÜDM) xüsusi çəkisini 2,6%-dən 4%-ə çatdırmaq və bununla da qeyri-neft sektorunu gücləndirməyi planlaşdırır", - "Global Data"nın iqtisadçısı Deni Riçards bildirib.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)





.jpg)


