Uşaqların sevimlisi Roblox səhm bazarında da “oyun çıxarır”
Onlayn oyun şirkəti Nyu-York Birjasında bir səhmə görə 70 dollara yaxın qiymət təklifi alıb.
Marja xəbər verir ki, ABŞ-ın uşaqlar və yeniyetmələr üçün onlayn oyunların işlənib hazırlanması və virtual oyun məkanları üzrə ixtisaslaşmış Roblox Korporasiyası bu həftə öz tarixindəki ən böyük birbaşa listinqdə 38 milyard dollara yaxın bazar dəyərinə nail olub. Bu, yanvar ayında keçirilmiş 520 milyon dollarlıq maliyyələşmə zamanı investorların səhmlərə görə ödədiyi qiymətdən 50% daha bahadır.
“Biz qarşımızda daha çox beynəlxalq artım görürük. Baxmayaraq ki, dünyanın 180 ölkəsində varıq, biz heç zaman inkişafdan vaz keçmədik” – şirkətin baş maliyyə direktoru Mayk Qutrie bildirib.
ABŞ-ın Silikon Vadisində yerləşən Roblox Korporasiyası eyni adlı oyunda 18 milyon istifadəçinin iştirak etdiyi virtual məkan yaratmışdır. Korporasiya əsas gəlirini həmin oyunda istifadə olunan virtual valyutanın - Robuxun satışından qazanır. Təkcə ötən il Roblox istifadəçiləri Robux üçün 1,9 milyard dollar xərcləmişlər, bu isə 2019-cu illə müqayisədə 3 dəfə çoxdur. Şirkət 2020-ci ildə proqramçılara və digər oyun dizaynerlərinə təxminən 329 milyon dollar ödəmişdir.
Bernstein analitika şirkətinin investorlar arasında keçirdiyi sorğuya əsasən, Robloxun bu dəfə birbaşa olaraq listinqə çıxardığı hər səhmə görə 30 dollardan 108 dollara qədər qiymət təklif olunur. Şirkət ötən ilin dekabrında IPO-ya getməyi planlaşdırırdı, lakin baş icraçı direktor David Baszucki sürətli pul vəsaitləri cəlb etmək üçün birbaşa listinqə getməyin daha məqsədəuyğun olacağını bildirmişdir.
Roblox birbaşa listinqdə təxminən 200 milyon səhm, yaxud ümumi payının 36%-ni qeydiyyatdan keçirmişdir. Şirkətin bu prosesdə əsas məsləhətçiləri maliyyə bazarının liderləri Goldman Sachs və Morgan Stanley-dir.
Həmçinin oxu
1,9 trilyon dollarlıq paket nəhayət ki təsdiq olundu
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 24 d. əvvəl
-
-
35 d. əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
36 d. əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
-
2 saat əvvəl
ABB-nin son açıqlamasından sonra "DavrBank"ın beynəlxalq reytinqi yüksəldi
-
2 saat əvvəl
"JPMorgan Chase" 2026-cı il üzrə qızılın qiyməti proqnozunu aşağı salıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
Baku Electronics-də yaz fürsətləri davam edir!
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
Ən çox oxunanlar
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
Rəsmi məzənnələr açıqlandı
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb














.jpg)









