Fed bugün və sabah toplanır – nəticələr maraqlı olacaq
Ekspertlər çıxacaq qərarların bazarlar üçün əsl “mart çılğınlığı” ola biləcəyini deyir.ABŞ-ın Mərkəzi Bankı olan Federal Ehtiyatlar Sistemi və ya qısaca Fed növbəti iki gün ərzində toplanaraq, 2023-cü ilə qədərki iqtisadi siyasət, faiz dərəcələri barədə gözləntilər və artım proqnozlarını açıqlayacaq.
Marja xəbər verir ki, yenicə təsdiqlənmiş iqtisadi stimullaşdırma paketindən böyük gözləntilər şəraitində Fed-in pandemiya başlayandan bəri tətbiq etdiyi fiskal-maliyyə yüngülləşməsi siyasətinə müəyyən korrektələr edəcəyi əsas diqqət mərkəzindədir.
Bir sıra mənbələr qurum rəsmilərinin 2023-cü ilə qədər faiz dərəcələrinin artırılması niyyətində olduğunu qeyd edir. Bəziləri isə hətta bu ildən başlayaraq, hazırda az qala sıfır olan faiz dərəcələrinin artırılmasının mümkünlüyünü qeyd edir. Mərkəzi Bankın sədri Cerom Pauellin mətbuat üçün açıqlamasında müəyyən məsələlərə aydınlıq gətirəcəyi gözlənilir.
ABŞ-ın ən iri investisiya holdinqlərindən olan BlackRock-un baş investisiya direktoru Rik Riderin fikrincə, Fed toplantısı Mərkəzi Bankın bazarlar üçün “mart çılğınlığı” sürprizi ola bilər, çünki Cerom Pauell qurumun yaxın gələcəkdəki siyasətinə dair maraqlı ipucları verəcək: “Bazarlar hər bir sözə dərhal reaksiya verir. Əgər Pauell yeni heç nə deməsə, bazarlarda hərəkətlilik olacaq. Əgər yeni nəsə bildirsə, bazarlar daha da hərəkətlənəcək”.
İqtisadiyyatın bərpası şəraitində Fed-in faiz dərəcələrini hələ də aşağı həddə saxlamaq siyasəti hazırda əsas müzakirə olunan məsələlərdəndir. Doğrudur, Pauellin bütün məsələlərdə konkret açıqlama verməsi ehtimalı azdır, lakin istənilən halda ən kiçik xəbər belə, hazırda onsuz da həssas olan istiqraz, aktivlər və səhm bazarını silkələyə bilər. Təkcə ötən altı həftə ərzində Maliyyə Nazirliyinin Xəzinədarlıq istiqrazlarının gəlirlilik dərəcəsi 1.07 faizdən 1,64 faizə yüksəlib. Fed qərarlarından asılı olaraq, volatilliyin müşahidə olunduğu səhm birjasında maraqlı hadisələrin baş verəcəyi istisna edilmir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

















.jpg)






