Prezidentdən Novruz təbriki!
Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Marja xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli həmvətənlər!
Sizi əziz Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı və səadət arzulayıram.
Novruz bayramı bizə ulu əcdadlarımızın təbiətin əbədi nizamına ehtiramını ifadə edən müqəddəs yadigarıdır. Bu bayram Azərbaycan xalqının qədim və zəngin dünyagörüşünün, gələcəyə nikbin baxışının, bütövlükdə milli varlığımızın dolğun təcəssümü olub, mədəni sərvətlər xəzinəmizdə müstəsna yer tutur. Yad təsirlərdən qoruyaraq layiqincə yaşatdığımız Novruz ənənələri çoxəsrlik keçmişinə daim ehtiramla yanaşan xalqımızın, eyni zamanda, bəşər mədəniyyətinə töhfəsidir.
Yaz bayramının Odlar diyarına builki gəlişi xüsusən əlamətdardır. Şadam ki, müstəqilliyimizin bu baharına dövlətçilik tariximizdə qızıl hərflərlə əbədi qalacaq və həyatımıza hələ yeni-yeni nailiyyətlər bəxş edəcək parlaq Qələbə ilə qədəm qoymuşuq. Haqq işi uğrunda mübarizə duyğusundan aldığımız misilsiz mənəvi güclə biz sınaq anında yumruq kimi birləşərək əzəli torpaqlarımıza xaincəsinə uzanan əlləri kəsmiş, yurdumuzu bədxah düşməndən təmizləmiş və ədaləti qanımız bahasına bərpa etmişik. Ruhumuzun yenilməzliyinin təntənəsinə çevrilən və bizi dünyaya məğrur millət olaraq tanıdan şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir.
Xalqımızın qalibiyyət ovqatını bütün qəlbi ilə yaşadığı bu bayram günlərində bir daha Vətənimizin ərazi bütövlüyü naminə canlarını fəda etmiş qəhrəman övladlarımıza rəhmət diləyir, onların əziz xatirəsini dərin ehtiramla yad edirik.
İrəlidə bizi işğaldan azad olunmuş yurd yerlərimizdə nəhəng quruculuq işləri gözləyir. İnanıram ki, yaz fəslinin qurub-yaratmaq əzmimizi artıran yeniləşdirici ab havası ilə həmahəng birlik və həmrəylik nümayiş etdirəcək, böyük qayıdış planımızı sülh və əmin-amanlıq şəraitində uğurla gerçəkləşdirəcək, doğma Qarabağı qısa müddətdə dirçəldəcəyik.
Hamınıza bahar əhval-ruhiyyəsi arzu edirəm. Bu bayram öz gəlişi ilə evinizə, ocağınıza bol ruzi-bərəkət və firavanlıq gətirsin!
Novruz bayramınız mübarək olsun!"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 42 d. əvvəl
-
- 56 d. əvvəl
-
1 saat əvvəl
“Azexport” portalı 2026-cı il üçün ilk ixrac sifarişini ABŞ-nin Kaliforniya ştatından aldı
-
1 saat əvvəl
ABŞ-ın neft şirkətləri Trampın Venesuelaya müdaxiləsindən sonra dəyər qazanıblar
-
1 saat əvvəl
2026-cı ildə büdcə təşkilatlarının ödənişli xidmətlərindən 1 milyard manatdan çox gəlir gözlənilir
-
3 saat əvvəl
Növbəti tədris ilində dövlət sifarişi ilə təhsilalanların sayı artırılacaq
- 3 saat əvvəl
-
3 saat əvvəl
Makroiqtisadi sabitlik ABŞ dolları/Manat məzənəsinin 1,70 manatda qalması ilə dəstəklənəcək
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Xiaomi" Azərbaycanın mobil cihaz bazarındakı payının 27 %-ni itirib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib
Dövlətin 25 milyard 273 milyon manat borcu olduğu açıqlandı
Makroiqtisadi sabitlik ABŞ dolları/Manat məzənəsinin 1,70 manatda qalması ilə dəstəklənəcək
Yanvarın 6-da gözlənilən hava şəraiti
"Xiaomi" Azərbaycanın mobil cihaz bazarındakı payının 27 %-ni itirib
Tramp: Ukraynanın Putinin iqamətgahına hücum etdiyinə inanmıram
Tramp: İran etirazçıları öldürərsə, ABŞ sərt zərbə endirəcək
Qızıl və gümüş, investorların geosiyasi risklərdən qorunmaq üçün qiymətli metallara yönəlməsi fonunda bahalaşıb
ABŞ-nin müdaxiləsindən sonra təklif narahatlıqları fonunda neft qiymətləri "dalğalanır"
























