Teslaya daha bir rəqib - Lexus da “elektrikləşir”
Toyota lüks brendinin konsepsiyasında fundamental dəyişikliyə gedir: 2025-ci ilə qədər 20 yeni model buraxılacaq.Toyota Motors Corporation-un sahibi olduğu lüks avtomobil brendi Lexus növbəti 5 il üzrə inkişaf planlarını açıqlayıb.
Marja xəbər verir ki, 2025-ci ilə qədər bu brend 20-yə qədər yeni model buraxacağını və bunlardan ən azı 10-nun elektrikli avtomobillər olacağını bildirib. Onların içərisində elektrik akkumulyatorlu və hibrid modellər üstünlük təşkil edəcək.
“Bu il iki yeni model təqdim edəcəyik” - Lexus International-ın prezidenti Koji Sato bugünkü onlayn tədbirdə bildirib. O, həmçinin 2024-cü ilin martında Yaponiyanın Aichi əyalətində Toyota Texniki Mərkəzinin daxilində yeni biznes sahəsi və servis mərkəzinin də istifadəyə veriləcəyini bildirib.
Xatırladaq ki, Toyota hələ ötən il tamamilə elektriklə çalışan Lexus modelini təqdim edib. Bütün dünyada karbon emissiyalarının azaldılması tələblərinin artdığı şəraitdə qlobal ənənəvi avtomobil istehsalçıları elektromobillərə keçidi sürətləndirmək və bazarda öz yerlərini tutmaq uğrunda mübarizə aparır.
Həmçinin oxu
Xiaomi də elektrikli avtomobil "karvanına" qatılırMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
14 d. əvvəl
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
-
14 d. əvvəl
Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq
-
30 d. əvvəl
"Neftin qiyməti 140–150 dollar səviyyələrinə qədər yüksələ bilər"
- 36 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb
Azərbaycan neftinin son qiyməti
Dövlət şirkəti indiyədək 572 min unsiya qızıl və 1,1 milyon unsiya gümüş satıb, 2 milyard manatdan çox gəlir əldə edib
Ən çox oxunanlar
3 gün ardıcıl qeyri-iş günü olacaq
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
Rəsmi məzənnələr açıqlandı
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB
















.jpg)








