İlham Əliyev Dünya Bankının regional direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Dünya Bankının regional direktoru Sebastian Molineusu qəbul edib.
Marja xəbər verir ki, Dünya Bankının regional direktorunu salamlayan Prezident İlham Əliyev dedi:
- Xoş gəlmisiniz, sizi görməyə çox şadam.
Sebastian Molineus: Mən də Sizi görməyə şadam. Nəhayət, Azərbaycana - Bakıya yenidən dönmək və Sizi görmək çox xoşdur.
Prezident İlham Əliyev: Sizi bir daha gördüyümə çox şadam. Bilirəm ki, sizin məşğul proqramınız var.
Sebastian Molineus: Elədir ki, var. Təsəvvür edirəm ki, Sizin cədvəliniz mənimkindən daha çox məşğuldur. Odur ki, bizi qəbul etmək üçün vaxt ayırdığınıza görə Sizə təşəkkür edirəm.
Prezident İlham Əliyev: Gələcək əməkdaşlığımızla bağlı fikir mübadiləsi aparmaq, birgə addımlarımızı planlaşdırmaq üçün yaxşı fürsətdir. Çünki bu vaxta qədər əməkdaşlıq çox uğurlu olmuşdur. Mən elə indicə məlumata baxdım. Biz 47 layihə həyata keçirmişik və onların bəziləri hələ icra mərhələsindədir. Ümumi paket təxminən 4 milyard ABŞ dolları təşkil edir. Bizim inkişafımızın çox vacib sahələrinə, infrastruktura göstərdiyiniz dəstəyə görə sizə minnətdarlığımı ifadə etmək istəyirəm. Eləcə də, TANAP-ın maliyyələşdirilməsi ilə bağlı verdiyiniz dəstəyə görə sizə xüsusi təşəkkürümü bildirirəm. Bu da maliyyə baxımından, həm də digər maliyyə institutlarına müəyyən siqnalın verilməsi baxımından çox önəmli idi. Çox şadam ki, artıq layihənin açılışı olmuşdur. Cənub Qaz Dəhlizi tam olaraq 3 aydır ki, fəaliyyət göstərir və bu, yalnız başlanğıcdır. Əlbəttə ki, biz “Doing Business” proqramında mövqeyimizi yaxşılaşdırmağımızla çox fəxr edirik. Biz 191 ölkə arasında 28-ci mövqedəyik. Bu, bizim üçün həqiqətən də mühüm nailiyyətdir. Lakin əlbəttə ki, biz islahatları davam etdirəcəyik və mən əminəm ki, görüşümüzdə biz bunu müzakirə edəcəyik. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə yeni imkanlar var. Orada infrastrukturun inkişafına böyük ehtiyac var. Çünki bütün infrastruktur dağıdılmışdır və insanları qaytarmaq üçün biz əlbəttə ki, minalardan təmizləmə işlərini, sonra isə yenidənqurma işlərini həyata keçirməliyik. İnfrastruktur layihələri olmadan məcburi köçkünləri və qaçqınları qaytarmaq mümkün olmayacaq. Odur ki, biz bu məsələlərdə də Dünya Bankı ilə əməkdaşlığa güvənirik.
Sebastian Molineus: Əvvəla, bizimlə görüşmək üçün vaxt ayırdığınıza görə çox sağ olun. İcazə verin Sizi gec də olsa Novruz bayramı münasibətilə təbrik edim. Ümid edirəm ki, bayramı ailənizlə keçirmək imkanınız olub. Bir daha qeyd etmək istəyirəm ki, yenidən burada olduğuma görə çox böyük sevinc hissi keçirirəm. Pandemiyanın baş qaldırmasından bir il keçib və xoşbəxtlikdən biz geri qayıda bildik.
Prezident Əliyev əvvəla Sizə Azərbaycan üzrə yeni ölkə menecerimiz Sara Mayklzı təqdim etmək istəyirəm. Əlbəttə ki, Siz onu yaxşı tanıyırsınız. Sara ölkə üzrə yeni menecer olacaq. O növbəti dörd ildə burada olacaq. Hesab edirəm ki, o, əla seçimdir, əgər belə deyə bilərəmsə. Siz bunu tezliklə görəcəksiniz. O, Azərbaycan Hökuməti və Dünya Bankı arasında əməkdaşlığı daha da təkmilləşdirmək üçün özü ilə bütün keyfiyyət və atributları gətirir.
Prezident İlham Əliyev: Sizə burada yaxşı vaxt keçirməyi arzulayıram.
Söhbət zamanı Dünya Bankının regional direktoru Sebastian Molineus Azərbaycanda iqtisadi sahədə gedən proseslərin və ölkəmizlə əməkdaşlığın önəmini vurğuladı, Azərbaycan Prezidentinin islahatlar siyasətini yüksək qiymətləndirdi.
Görüşdə strateji istiqamətlərdə əlaqələrin və Dünya Bankı ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
6 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artığını açıqladı - MƏBLƏĞ
-
- 35 d. əvvəl
- 38 d. əvvəl
- 42 d. əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Ən çox oxunanlar
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib

























