Rüstəm Muradov Ermənistan hakimiyyətini yalançı və təxribatçı adlandırıb
Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradov aprelin 8-də Bakıda İrəvana erməni əsirlərin gətirilməsinin gözlənildiyi barədə yayılmış məlumatları təxribat adlandırıb.
Ermənistanın "Hraparak.am" saytının əməkdaşı İrəvanda rusiyalı generala ötən gün Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin nə üçün qaytarılmadığı barədə sual verib.
Jurnalistin “Nə üçün dünən Ermənistan rəsmiləri Azərbaycanla əsirlərin dəyişdiriləcəyi barədə açıqlama vermişdi” sualına cavabında Rüstəm Muradov “Bu, yalan və təxribatdır. Onlardan soruşun. Onlar xalqı aldadırlar. Bu planlaşdırılmış, adi səfər idi”, - deyə general-leytenant Bakı və İrəvana səfəri barədə söyləyib.
Qeyd edək ki, dünən Ermənistanın hakimiyyət nümayəndələri Bakıdan Ermənistana erməni hərbi əsirlərindən ibarət növbəti qrupun təyyarə ilə yola düşüyü barədə məlumat yayıb. Yaxınlarının itkin, yaxud əsir düşüyünü güman edən şəxslər təyyarəni qarşılamaq üçün aeroporta gəlsələr də, məlum olub ki, təyyarədə hərbi əsirlər yoxdur. Bakıdan gələn təyyarədə yalnız Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradovun olduğu açıqlanıb.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
14 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir




















