Böyük Britaniyanın keçmiş baş naziri həbs təhlükəsi ilə üz-üzə
Araşdırmalar təsdiqini tapsa, bir zamanların məşhur adı “Devid Kameron” ingilis siyasətində rüşvət və fırıldaqçılıqla yanaşı hallanacaq.
Böyük Britaniyanın baş naziri Boris Conson keçmiş sələfi və partiyadaşı Devid Kameron haqqında Greensill skandalı ilə əlaqədar müstəqil təhqiqat başlanmasına dair göstəriş verib. Marja xəbər verir ki, bu presedent Britaniya tarixində bir ilkdir.
Kameron ötən ay iflas edən maliyyə şirkəti Greensill Capitalın xeyrinə bir sıra Biritaniya rəsmiləri ilə münasibətlərdə lobbiçilik etməkdə, o cümlədən şirkətin adından Xəzinədarlıq naziri Rişi Şunakla danışıqlar aparmaqda, səhiyyə naziri Matt Hankok və digər rəsmilərlə dəfələrlə yemək süfrəsi arxasında görüşlər keçirərək, Greensilli İngiltərə Bankının COVID Korporativ Maliyyələşdirmə Xəttinə qoşmaq üçün keçmiş həmkarlarına təzyiq göstərməkdə və 200 milyon funt-sterlinqdən artıq maliyyələşmə ayrılmasına köməklik etməkdə təqsirləndirilir.
Araşdırmaya İngiltərənin ən qədim hüquq şirkətlərindən birinin - Slaughter and May-ın keçmiş partnyoru və Britaniya hökumətinin Biznes, Enerji və Sənaye Strategiyası Departamentinin Yardımçı Direktoru Nigel Boardman rəhbərlik edəcək. Təhqiqatın nəticələrinin iyunun sonunda açıqlanacağı gözlənilir.
Devid Kameronun sözçüsü keçmiş baş nazirin araşdırmanı dəstəklədiyini və “iştirak etməkdən məmnun olacağını” açıqlayıb. Müxalifətçi Leyboristlər Partiyası hazırda hakimiyyət olan Mühafizəkarları tənqid edərək, “öz keçmiş həmkarlarının cinayətlərini ört-basdır etmək cəhdlərinə görə qınadığını” bildirib.
2007-ci ildən 2010-cu ilə qədər Britaniyanın baş naziri olmuş Qordon Braun isə səlahiyyət müddəti bitmiş baş nazirlərə 5 il müddətində lobbiçilik fəaliyyəti ilə məşğul olmağın qadağan edilməsi təklifi ilə çıxış edib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Azərbaycan kapital bazarında bir ilk: Unicapital EBRD-nin üzən faizli istiqrazlarının anderrayteri oldu
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı
-
-
6 saat əvvəl
Yuan və Avstraliya dollarının qlobal ehtiyatlarda payı artıb, dolların payı azalıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmiryolu ilə yükdaşımalarla bağlı Anlaşma Memorandumu imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib
-
8 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib
-
8 saat əvvəl
Azərbaycan zərgərlik məmulatları və qiymətli daşlar sahəsində yeni dövlət standartları qəbul edib
-
8 saat əvvəl
Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib

Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib
Ən çox oxunanlar

Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

Kolleclərə yeni təyinatlar olub

Azərbaycandan Rusiya gedənlərin sayı 30 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,4 faiz azalıb

Azərbaycana turist axını azalıb - Körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb

Bank Respublika lombard krediti müştəriləri üçün “Qızıl Seçim” lotereyasına start verdi!
