İngilis-ispan ittifaqı: pul və təcrübə birləşir
Hədəf Londonun IPO bazarında “özgələrin” hökmranlığına son qoymaqdır.
Böyük Britaniyanın kiçik investisiya bankı, 2019 və 2020-ci illərdə Britaniyada kiçik və orta kapitallı broker firmaları arasında ən yaxşı investor tədqiqatçısı, 2021-ci ildə isə ən yaxşı kapital axtaran şirkət elan edilmiş Peel Hunt ispan nəhəngi, dünyanın 16-cı ən iri bankı, qocaman Santander (Banco Santander) ilə irimiqyaslı iş birliyinə başlayıb.
Marja xəbər verir ki, bugünkü açıqlamada tərəflər arasında anderraytinq sahəsində əməkdaşlıq sazişi imzalandığı bildirilib. Hələ 2018-ci ildə Santander Peel Hunt-ı tam satın almaq təklifi etmiş, lakin tərəflər yekun razılığa gəlməmişdilər.
Proses hər iki tərəf üçün müxbət nəticələr verəcək. Belə ki, Peel Hunt kimi investisiya məsləhətçiləri iri IPO-larda, Birləşmə və Satınalmalarda (M&A) və digər maliyyə cəlb edilməsi əməliyyatlarında müştəri qazanmaq uğrunda çox zaman uzunmüddətli anderrayter təcrübəsinə və maliyyə imkanlarına malik böyük investisiya banklarına uduzur. Bu baxımdan, Peel Hunt müştərilərə Santanderin anderraytinq təcrübəsini və özünün ekspert komandasını təqdim edə biləcək. Santander isə öz növbəsində Peel Hunt-un müştəri bazasına çıxış əldə edəcək. Ötən ili 5,4 milyard avro gəlir və 1,8 milyard avro xalis mənfəətlə başa vuran bankın korporativ və investisiya bankçılığı bölməsi üçün bu sövdələşmə Brexitdən sonra Britaniya hökumətinin var gücü ilə dəstək verdiyi London birjasında ən iri həcmli əməliyyatlara çıxış deməkdir.
Peel Hunt hazırda 157 korporativ müştəriyə, o cümlədən FTSE 100 və FTSE 250 indeks siyahılarında olan 34 şirkətə xidmət göstərir. 2019-200-ci illərdə investisiya kapital bazarlarında 69 sövdələşməyə 3,6 milyard funt-sterlinq (5,01 milyard dollar) maliyyə vəsaiti cəlb edib. Peel Hunt-ın baş direktoru Steven Fayn “Santanderin onların iri həcmli əməliyyatlarda anderraytinq potensialını artıracağını” bildirib. Santander Bankının icraçı vitse-prezidenti və korporativ və investisiya bankçılığı bölməsinin rəhbəri, 17 ildən artıq ABŞ-ın JPMorgan bankında rəhbər vəzifələrdə çalışdıqdan sonra 2017-ci ildə bu posta təyin edilmiş Xose M.Linares isə razılaşmanı “Avropanın ən iri korporativ və investisiya banklarından birinə çevrilmək yolunda Santander üçün mühüm fürsət” adlandırıb.
Müştərilərin xəbərləri

Azərbaycan kapital bazarında bir ilk: Unicapital EBRD-nin üzən faizli istiqrazlarının anderrayteri oldu
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı
-
-
4 saat əvvəl
Yuan və Avstraliya dollarının qlobal ehtiyatlarda payı artıb, dolların payı azalıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmiryolu ilə yükdaşımalarla bağlı Anlaşma Memorandumu imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib
-
6 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib
-
6 saat əvvəl
Azərbaycan zərgərlik məmulatları və qiymətli daşlar sahəsində yeni dövlət standartları qəbul edib
-
7 saat əvvəl
Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib

Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib
Ən çox oxunanlar

Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

Kolleclərə yeni təyinatlar olub

Azərbaycandan Rusiya gedənlərin sayı 30 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,4 faiz azalıb

Azərbaycana turist axını azalıb - Körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb

Bank Respublika lombard krediti müştəriləri üçün “Qızıl Seçim” lotereyasına start verdi!
