Apple-dan iri investisiya – 1 milyard dollar, 3 min iş yeri
Şirkət Şimali Karolinada yeni istehsal müəssisəsi açır.ABŞ texnologiya nəhənglərindən olan Apple bugünkü açıqlamasında Raleigh, Şimali Karolinada yeni istehsal müəssisəsi açmaq planlarındna bəhs edib.
Marja xəbər verir ki, proqram mühəndisliyi və maşınla öyrənmə sahəsində çalışacaq 3 min işçi üçün yeni kampus 1 milyard dollara başa gələcək.
Yeni investisiya şirkətin aparıcı istehsal sahələrini əsas mühəndislik bölmələrinin və baş qərargahının yerləşdiyi Kupertino, Kaliforniyadan çıxararaq, digər bölgələrə doğru genişlənmək siyasətinin tərkib hissəsidir. 1 milyard dollarlıq daha bir kampusun isə gələn il Austin, Texasda açılması gözlənilir. Apple-ın əsas genişlənmə sahələri öz adını yaxınlıqdakı Şimali Karolina Dövlət Universitetindən, Duke Universitetindən və Şimali Karolina Universitetindən götürmüş Tədqiqat Üçbucağında yerləşəcək. Şirkətin Baş direktoru Tim Kuuk, Baş əməliyyat direktoru Ceff Uilyams və böyük vitse-prezident Eddi Kue Duke Universitetinin məzunlarıdır.
Apple bununla da, mənzil qiymətləri və digər xidmətlərin daha baha olduğu San-Fransisko körfəzindən daha ucuz bölgələrə köçmək qərarına gələn digər Silikon Vadisi şirkətlərinin yolunu tutub. Misal üçün, Oracle hələ ötən il öz qərargahını Austin, Texasa köçürəcəyini açıqlayıb. Google Nyu-York Sitidə bir milyard dollarlıq yeni kampus tikir və Los-Ancelesdəki ticarət mərkəzini yenidən qurur. Amazonun Arlinqton, Virciniyadakı ikinci böyük qərargahında isə planlaşdırılan 25 min işçi əvəzinə cəmi 1600 nəfər çalışır.
Apple həmçinin 2026-cı ilə qədər San-Diyeqo, Kaliforniyada 5 min, Los-Ancelesdəki Kulver Sitidə 3 min, Koloradoda 700 nəfəri işə götürməyi, Seattle, Vaşinqtondakı min əməkdaşın sayın 2 min nəfərə çatdırmağı və ümumilikdə növbəti 5 illik dövrdə əlavə 20 min iş yeri açmağı planlaşdırdığını bildirib. Şirkətin hazırda təxminən 147 min nəfər işçisi var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)







