Hesab.az-da Masterpass kampaniyası başa çatdı!
(®️) 05 - 26 Aprel tarixlərində Hesab.az-ın MasterCard ilə həyata keçirdiyi Masterpass kampaniyası uğurla başa çatdı.
Məlumat üçün bildirək ki, kampaniya 05.04.2021- 26.04.2021 tarixlərində Hesab.az veb səhifəsi və mobil tətbiqində ödəniş edən qeydiyyatlı istifadəçiləri əhatə etdi. Kampaniya yüksək aktivlikdə davam edərək, gözlənilən tarixdən daha tez yekunlaşmış oldu. Kampaniya çərçivəsində 3500 nəfər endirim əldə etdi. Belə ki, həm Hesab.az mobil tətbiqində, həm də veb səhifəsində qeydiyyatlı şəkildə Masterpass-a artıq qoşulmuş və yeni qoşulan istifadəçilər MasterCard və Maestro kartları ilə mobil balansa müəyyən edilmiş məbləğdə ödəniş etdikdə, hər ödənişə görə endirim qazanmış oldular.
Eyni zamanda qeyd edək ki, “Masterpass” platforması “Mastercard”ın qlobal olaraq təqdim etdiyi, bir toxunuşla sürətli və təhlükəsiz ödəniş həllidir. “Masterpass”la kart məlumatları təhlükəsiz şəkildə “Mastercard” tərəfindən “Masterpass”da yadda saxlanılır. Kart məlumatları “Masterpass”a sadəcə bir dəfə daxil edilir və bundan sonra hər ödəniş zamanı məlumatı yenidən daxil etməyə ehtiyac qalmır.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 10 d. əvvəl
-
-
10 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 26 d. əvvəl
- 26 d. əvvəl
- 29 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
İxracan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır





















