Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Ruslar mart ayında rekord miqdarda kredit götürüblər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ruslar mart ayında rekord miqdarda kredit götürüblər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiyada 2021-ci ilin mart ayında verilən istehlak kreditlərinin həcmi rekord həddə - 340 milyard rubl (7,7 milyard manat) artıb. 

Marja "RİA Novosti"yə istinadən xəbər verir ki, ölkədə ilk dəfə istehlak kreditinin orta miqdarı 300 min rublu (6810 manat) keçib. Orta hesabla, ruslar mart ayında bankların hər birindən 308 min rubl borc alıblar. Bu, fevral ayına nisbətən 4,9% çoxdur.

Eyni zamanda, martda verilən kreditlərin sayı 11,4% artaraq 1,1 milyona çatıb. Rusiyada aylıq istehlak kredit portfeli mart ayında 16.9% artaraq 340.6 milyard rubla çatıb. Rusiya banklarının istehlak kreditləşməsindəki ümumi portfeli isə mart ayında 1,7% artaraq 5 trilyon rubla (113,5 milyard manat) yaxınlaşıb.

Mütəxəssislər istehlak kreditlərinin artmasını bankların güzəştli kredit siyasəti ilə əlaqələndirirlər.

Analitiklər 2021-ci ilin sonunadək ölkədə istehlak kreditlərinin orta məbləğinin 330 min rublu keçəcəyini gözləyirlər.

İstehlak kreditləşməsində rekord artım fonunda mütəxəssislər “pis” kreditlərin sayının, əksinə, 0,8% azaldığını qeyd edirlər. Vaxtı keçmiş borcun ümumi məbləği fevral ayında 549,7 milyard rubl səviyyəsində qalıb.

istehlak kreditləri Ruslar
30.04.2021 09:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18