Maliyyə Nazirliyi daxildən borclanmanı kəskin artırıb

2021-ci ilin yanvar-aprel ayları ərzində Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə 635 milyon 431 min manat cəlb edib.
Bu barədə Marja-ya Bakı Fond Birjasından bildirilib.
İlk 4 ayda əqdlərin sayı 247, əqdlərin orta günlük həcmi 8 milyon 252 min manat təşkil edib.
2020-ci ilin yanvar-aprel ayları ərzində Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi yolu 323 milyon 270 min manat cəlb etmişdi. Beləliklə, bu il dövlət istiqrazlarının yerləşdirilməsi 2 dəfədən çox artıb.
Qeyd edək ki, 2020-ci ildə Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə 1 milyard 163 milyon 194 min manat borc almışdır. Bu, 2019-cu illə müqayisədə 504 milyon 186 min manat və ya 76,5% çoxdur.
2021-DƏ 2 MİLYARDA MANATA ÇATACAĞI GÖZLƏNLİR
Maliyyə Nazirliyi 2021-ci ildə, həm istiqrazlar üzrə qaytarılacaq əsas borcun daxili bazarda təkrarmaliyyələşdirilmə hesabına təmin edilməsi, həm də büdcə kəsirinin bağlanması üçün təxminən 2 milyard manat məbləğində dövlət istiqrazları emissiya etməyi nəzərdə tutur. 2018-2020-ci illərdə yerləşdirilən və əsas borcu 2021-ci ildə qaytarılacaq istiqrazların ümumi məbləği 681,5 milyon manat təşkil edir və bu məbləğin daxili bazardan cəlb ediləcək vəsait hesabına təkrar maliyyələşdirilməsi planlaşdırılır. Büdcə kəsirinin maliyyələşdirilməsi məqsədilə daxili bazarda yerləşdiriləcək dövlət istiqrazları hesabına əlavə 1,3 milyard manat məbləğində vəsaitin cəlb edilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
- 8 d. əvvəl
-
- 19 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 9 saat əvvəl
-
9 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 10 saat əvvəl
-
12 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 12 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Azərbaycan neftinin son qiyməti

Bakıda “Şəhər daxilində yeni şəhər” - Böyükşor gölü ətrafına 5 milyard dollaradək investisiya yatırılacaq

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Ən çox oxunanlar

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
