Dünyanın ən böyük iqtisadyyatında qiymətlər artıb - SON 13 İlİN REKORDU
İstehlak qiymətləri indeksi son 13 ildə ən yüksək göstəriciyə çatıb.
ABŞ-ın Əmək Statistikası Bürosu bugün cari ilin aprel ayı üzrə inflyasiya rəqəmlərini və istehlak qiymətləri indeksini açıqlayıb.
Marja xəbər verir ki, ərzaq və digər məhsullar səbətini, eləcə də enerji, mənzil-kommunal və başqa xərcləri ölçən İstehlak Qiymətləri İndeksi (İQİ) bir il əvvəlki dövrlə müqayisədə 4,2% artıb. Bu isə 2008-ci ildən bəri ən yüksək göstəricidir. Dow Jones sənaye indeksinin sorğu keçirdiyi ekspertlər 3,6% artım proqnozlaşdırırdılar. Aylıq müqayisədə artım 0,8% təşkil edib ki, bu da gözlənilən 0,2%-dən çoxdur.
Volatil enerji və ərzaq qiymətlərini çıxmaq şərtilə, əsas İQİ 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3%, əvvəlki ayla müqayisədə 0,9% artıb. Analitiklərin ehtimalı müvafiq olaraq 2,3% və 0,3% idi. Enerji qiymətləri ötən ilə nisbətən 25%, o cümlədən benzin 49,6%, mazut 37,3% bahalaşıb. Əsas inflyasiya göstəricisi olan istifadə olunan avtomobillər və yük maşınlarının qiyməti ümumilikdə 21%, təkcə aprel ayında 10% artıb. İQİ-nin digər aparıcı komponenti olan mənzil, kirayə və kommunal xidmətlər ötən illə müqayisədə 2,1%, aylıq nisbətdə 0,4% bahalaşıb.
Qiymət artımına təkan verən aralıq səbəblər qlobal təchizatdakı ləngimələr, misal üçün Süveyş kanalı hadisəsi və yarımkeçirici çiplərin çatışmazlığı səbəbindən bir sıra iri sənaye sektorlarında istehsalat həcminin kəskin azalmasıdır. Qlobal əmtəə qiymətlərində sürətlə bahalaşmanın da ABŞ iqtisadiyyatındakı inflyasiyada özünəməxsus payı vardır. Oduncaq materialları təkcə 2021-ci ildə 124%, çox zaman iqtisadi aktivliyin əsas göstəricilərindən olan mis isə təxminən 36% bahalaşıb.
İnflyasiyanın yüksəlməsində əsas səbəblərdən biri də baza effektidir - ötən ilin müvafiq dövründə koronavirus pandemiyası səbəbindən iqtisadiyyatın əsas sahələri, o cümlədən xidmət sektorunun fəaliyyəti məhdudlaşdırılmış, tələb kifayət qədər azalmış və nəticədə İQİ-də artım demək olar ki, baş verməmişdi. 2020-ci ilin aprelindən etibarən Tramp, 2021-ci ilin əvvəlindən isə Bayden administrasiyasının tətbiq etdiyi iqtisadi stimullaşdırma paketləri və iqtisadi sahələrin tədricən bərpası tələbi artırır və inflyasiyaya təkan verir. Bu səbəbdən, ABŞ hökuməti, o cümlədən Fed hazırkı artım raundunun keçid xarakteri daşıdığını və il sonuna inflyasiyanın mərkəzi bankın hədəflədiyi 2% ətrafında sabitləşəcəyini bildirir. Bu səbəbdən əsas maliyyə qurumu faiz dərəcələrinin aşağı həddi və yumşaq fiskal-monetar siyasətinə ciddi korrektələr etməyə tələsmir.
Müştərilərin xəbərləri

Azərbaycan kapital bazarında bir ilk: Unicapital EBRD-nin üzən faizli istiqrazlarının anderrayteri oldu
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı
-
-
1 saat əvvəl
Yuan və Avstraliya dollarının qlobal ehtiyatlarda payı artıb, dolların payı azalıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmiryolu ilə yükdaşımalarla bağlı Anlaşma Memorandumu imzalanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib
-
3 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib
-
3 saat əvvəl
Azərbaycan zərgərlik məmulatları və qiymətli daşlar sahəsində yeni dövlət standartları qəbul edib
-
3 saat əvvəl
Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib

Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib
Ən çox oxunanlar

Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

Kolleclərə yeni təyinatlar olub

Azərbaycandan Rusiya gedənlərin sayı 30 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,4 faiz azalıb

Azərbaycana turist axını azalıb - Körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb

Bank Respublika lombard krediti müştəriləri üçün “Qızıl Seçim” lotereyasına start verdi!
