Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Sərmayəçilər, Tesla-nın Bitcoin-ləri satdığını bildikləri zaman özlərini şillələyəcəklər"

Tesla-nın rəhbərinin cavabı Bitcoinin ucuzlaşmasına səbəb olub.
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Sərmayəçilər, Tesla-nın Bitcoin-ləri satdığını bildikləri zaman özlərini şillələyəcəklər"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bitcoin-i tənqid edən Tesla-nın rəhbəri milyarder iş adamı Elon Musk (İlon Mask), sosial şəbəkədə bir mesaja verdiyi cavab ilə Bitcoin-in 45 min dollar səviyyəsinə qədər düşməsinə səbəb olub. Musk, şirkəti Tesla-nın aldığı Bitcoin-ləri sata biləcəyinin siqnalını verib.

Elektromobil istehsalçısı Tesla şirkətinin rəhbəri Elon Musk kriptovalyuta bazarını qarışdıran açıqlamalarına davam edir.

Marja xəbər verir ki, milyarder iş adamı daha əvvəl mayninqinin ətraf mühitə ziyan vurduğuna görə Bitcoin-i tənqid etmişdi.  İndi o, Tesla-nın əlindəki Bitcoin-ləri sata biləcəyi istiqamətində siqnallar verib.

Musk, "Mr. Whale" adlı bir Twitter səhifəsinin etdiyi, "Bitcoin sərmayəçiləri qarşıdakı rübdə Tesla-nın alıb saxladığı Bitcoin-ləri satdığını fərq etdikləri zaman özlərini şillələyəcəklər. Elon Musk-a nifrət nəzərə alındığında, onu günahlandırmazdım..." paylaşıma "Həqiqətən" yazaraq cavab verib.

Musk, Twitter-də kriptovalyuta mövzusundakı mövqeyini tənqid edən bir neçə istifadəçiyə də reaksiya verib.

Musk-ın bu cavabının ardından Bitcoin-in qiyməti 45 min dollara qədər geriləyib.

8 fevralda Tesla, Bitcoin-ə 1,5 milyard dollar sərmayə yatırdığını açıqlayıb. Şirkət, mart ayında məhsullarının dəyərinin ödənişi olaraq Bitcoin qəbul etməyə başladığını da açıqlamışdı. 

17.05.2021 08:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22

SON XƏBƏRLƏR

Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18