10 milyard manatı xərclədik
2017-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,7 faiz üstələyərək 10,2 milyard manata bərabər olmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ticarət dövriyyəsinin 50,6 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,4 faizini qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-aprel aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 0,6 faiz və 2,7 faiz üstələmişdir.
SƏRFƏLİ QİYMƏTƏ UZUNÖMÜRLÜ KONDİSİONER AL!
Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2016-cı ilin yanvar-aprel aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 10 225,7 | 101,7 |
o cümlədən: ərzaq məhsulları | 4617,9 | 100,7 |
içkilər və tütün məmulatları | 553,0 | 100,1 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 1 814,4 | 103,2 |
elektrik malları və mebellər | 653,4 | 101,9 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 78,4 | 102,0 |
əczaçılıq və tibbi mallar | 134,2 | 101,5 |
avtomobil yanacağı | 503,6 | 99,7 |
digər qeyri-ərzaq məhsulları | 1 870,8 | 103,5 |
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 45,2 faizi ərzaq məhsullarının, 5,4 faizi içkilər və tütün məmulatlarının, 17,7 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,4 faizi elektrik malları və mebellərin, 4,9 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,3 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.
2017-ci ilin yanvar-aprel aylarında istehlak məhsullarının 11,4 faizi hüquqi şəxs statuslu müəssisələr, 53,5 faizi fərdi sahibkarlar tərəfindən, 35,1 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə hüquqi şəxslər üzrə 2,7 faiz, fərdi sahibkarlar üzrə 2,5 faiz artmış, bazar və yarmarkalar üzrə isə sabit qalmışdır.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 263,5 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 36,0 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 133,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 130,3 manatlıq qeyri-ərzaq məhsulları almışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
7 d. əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 45 d. əvvəl
- 56 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)








