“AzInTelecom” MMC və “Bakı Abadlıq Xidməti” müqavilə imzalayıb
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC və “Bakı Abadlıq Xidməti” MMC arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Nazirlikdən bildiriblər ki, tərəflər arasında imzalanmış müqaviləyə əsasən, “AzInTelecom”un TIER III və ISO 20000 beynəlxalq sertifikatlarına malik Data Mərkəzində təqdim etdiyi bulud texnologiyalarına əsaslanan “İnfrastruktur xidmət kimi” (İaaS) həlləri sayəsində “Bakı Abadlıq Xidməti” MMC əlavə texniki avadanlıq və proqram təminatlarının alınması, quraşdırılması, texniki istismarı üçün vəsait xərcləmədən məlumat itkisi ilə bağlı riskləri minimuma endirən etibarlı infrastruktur əldə edəcək.
Bu da öz növbəsində, digər maliyyə xərclərinə və vaxt itkilərinə qənaət olunmasına imkan yaradacaqdır.
Büdcə xərclərinin optimallaşdırılması və idarəetmənin avtomatlaşdırılmasına yönələn İaaS xidmətləri (virtual şəbəkə, virtual saxlama, virtual infrastruktur, “backup” və digər) çoxsaylı yerli və xarici şirkətləri Data Mərkəzinin imkanlarından istifadə etməyə sövq edir.
İş prinsipi müasir texnologiyalardan istifadə və biznesdə etibarlılıq olan “Bakı Abadlıq Xidməti”nin də öz məlumatlarını Data Mərkəzində yerləşdirilməsi İaaS həllərinin üstünlüklərinə daha bir misaldır.
Məlumat üçün bildirək ki, “Bakı Abadlıq Xidməti” məsləhətlərin verilməsi və üçölçülü kompüter proqramlarından istifadə etməklə layihələrin hazırlanmasından obyektin hazır şəkildə təhvil verilməsinədək, sahənin tikintisi, abadlaşdırılması, yaşıllaşdırılması və qulluq edilməsi üzrə kompleks həllər təklif edir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 32 d. əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır




















