"London taksiləri"ndə gediş haqqını təmassız ödə!
(®️) Ölkəmizin nəqliyyat sistemində nağdsız ödənişlərin genişləndirilməsinə ardıcıl dəstək verən Azərbaycan Beynəlxalq Bankı bu istiqamətdə daha bir addım atıb. Bank Bakı Taksi Xidmətinin London taksilərində özünün təmassız POS terminallarını quraşdırıb.
Taksi sürücüsü bu POS terminalları məsaf ədən idarə edə bilir. Beləliklə, sərnişinə əyləşdiyi salondan gediş haqqını bank kartı, ödəniş üzüyü, yaxud NFC sistemini dəstəkləyən mobil telefonu ilə ödəmək üçün şərait yaradılır. Bu POS terminallarda ödəniş əməliyyatını istənilən bankın kartı ilə aparmaq mümkündür.
Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı Azərbaycan Dəmir Yolları, Mərkəzi Bank, Visa beynəlxalq ödəniş təşkilatı ilə birgə ölkəmizdə ilk dəfə olaraq Abşeron dairəvi dəmir yolu xəttinin bütün stansiyalarında sərnişinlərə gediş haqlarını bank kartları ilə təmassız ödəmək imkanı da yaradıb. Belə layihələrin əsas məqsədi ölkəmizdə nağdsız ödəniş infrastrukturunun inkişafını dəstəkləmək, əhali arasında nağdsız ödəniş ənənələrinin yayılmasına nail olmaqdır.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı xidmət imkanları ilə bağlı məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
11 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)















.jpg)


