Avropa İttifaqı 800 milyard avroluq borclanmaya başlayır
Ancaq 10 iri banka bu nəhəng sövdələşmədə yer yoxdur...
Avropa İttifaqı bugündən iri borclanma proqramının icrasına başlayır.
Marja xəbər verir ki, hələ ötən ilin yayında Avropa İttifaqına üzv dövlətlər arasında razılaşdırılan və koronavirus pandemiyasının vurduğu iqtisadi ziyanları aradan qaldırmağa və iqtisadiyyatın bərpasına yönəlmiş NextGeneration EU proqramına uyğun olaraq, Avropa Komissiyası irihəcmli maliyyə vəsaitlərini cəlb etmək məqsədilə 10 illik istiqrazların ilk partiyasını buraxır.
Bütövlükdə Avropa İttifaqı 2026-cı ilə qədər 800 milyard avro (təxminən 970 milyard dollar) həcmində borc kağızları buraxmaq niyyətindədir. Bu isə qurumun tarixində ən iri həcmli borclanmadır. Təkcə bu ilin ikinci yarısında 80 milyard avro, daha sonra isə illik 150 milyard avro dəyərində istiqraz buraxılması planlaşdırılır. Avropa Komissiyası cəlb olunacaq vəsaitlərin 407 milyard avrosunu üzv dövlətlərə əvəzsiz yardım (qrant), qalan 386 milyard avronu isə kredit şəklində verəcək.
Gəlirlilik dərəcəsi yüksək hesab olunan istiqrazlar uğrunda ən iri maliyyə-investisiya bankları indidən amansız yarışa giriblər. Lakin Avropa Komissiyası aralarında məşhur qlobal oyunçular olan 10 bankı məyus edərək, onlara istiqrazların alqı-satqı sövdələşmələrində iştirakı qadağan edib. JPMorgan, Citigroup, Bank of America, Barclays, Natixis, Nomura, NatWest, UniCredit, Deutsche Bank və Credit Agricole 2007-2013-cü illərdə valyuta bazarında manipulyasiya etdiklərinə, daha sonra gizli istiqraz sövdələşmələrində iştirak etdiklərinə və rəqabət qaydalarını pozduqlarına görə bu hüquqdan məhrum ediliblər.
HSBC, BNP Paribas, DZ Bank, Morgan Stanley, Santander, Danske Bank və Intesa Sanpaolo ilə birlikdə cəmi 39 bank isə bugün başlanan və sentyabrdan müntəzəm hərraclar şəklində keçiriləcək istiqraz buraxılışlarına qatıla biləcək. Artıq investorlar 20 milyard avro borc öhdəliklərinin müqabilidə 140 milyard avroya qədər vəsait təklif ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
28 d. əvvəl
COP29 sonrası “PAŞA Bank”: Dayanıqlı maliyyələşməyə və yaşıl keçidə dəstək
-
-
55 d. əvvəl
Huner Group-dan Bakıya dəyər qatan yeni layihə: Xocəsən Residence
-
1 saat əvvəl
Almaniyada kritik infrastruktur üzərində dronların kütləvi uçuşları qeydə alınıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
-
2 saat əvvəl
Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı oldu
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Huner Group-dan Bakıya dəyər qatan yeni layihə: Xocəsən Residence

Çinin elektromobil istehsalçısı NIO rekorda imza atıb

AYİB manatla ilk istiqraz emissiyası ilə kifayətlənməyəcək

Dollar ABŞ hökumətinin bağlanması ilə ucuzlaşır
Ən çox oxunanlar

ABŞ hökuməti bağlandı, dollar ucuzlaşdı

Unibank “Biznes Bankçılıq” nominasiyası üzrə qalib olub

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

ABŞ hökuməti fəaliyyətini dayandırdı

Qızılın qiymətində daha bir rekord

Azərbaycan neftinin son qiyməti
