Azərbaycanın XİN başçısı Ermənistandakı seçkilərə münasibət bildirib
“Ermənistanda dərin siyasi böhran yaranmışdı. Bunun məntiqi nəticəsi olaraq orada növbədənkənar parlament seçkiləri keçirilib və yeni hökumətin formalaşması gözlənilir. Hesab edirik ki, bu proseslərin nəticəsi olaraq Ermənistan siyasi rəhbərliyi həmin böhranın real nəticələrini düzgün başa düşəcək və düzgün nəticələr çıxaracaq”.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan baş nazirinin müavini - xarici işlər naziri Muxtar Tileuberdi ilə görüşdən sonra bəyanatında deyib.
O bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanmış üçtərəfli bəyanatların şərtlərinin yerinə yetirilməsi üçün geniş iş görülsə də, bu sahədə bəzi ləngimələr müşahidə olunub: “Bunun əsas səbəbləri Ermənistanda müşahidə olunan siyasi böhran idi”.
“Bir çoxları Ermənistanda bu siyasi böhranın əsas səbəbini Ermənistanın 44 günlük II Qarabağ müharibəsində aldığı ağır məğlubiyyətdə görürlər. Belə bir siyasi böhranın səbəbi Ermənistanın uzun illər ərazində beynəlxalq hüququ pozaraq 20-ci əsrin sonda və 21-ci əsrdə dövlətlərin beynəlxalq sərhədlərinin güc yolu ilə dəyişdirməsi cəhdi, qonşu ölkəyə qarşı həyata keçirdiyi təcavüz olub”, - nazir vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)

