“AccessBank” Sahibkarlığın İnkişafı Fonduyla birgə sahibkarlara dəstək olmaqda davam edir
(®️) Mikro və kiçik sahikbarların dəstəkçisi olan “AccessBank”, pandemiya və onun nəticələrindən zərər görmüş bizneslərə yardım etməkdə davam edir. Bank, kiçik və orta sahibkarlara həm daxili resursları, həm də Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına yardım edir. Belə ki, “AccessBank” 2021-ci ilin ilk 5 ayı ərzində 88 mikro, kiçik və orta sahibkara ümumilikdə 9 milyon manat vəsait ayırıb.
Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunub və eyni zamanda Fondun nizamnaməsində dəyişikliklər edilib. Edilən dəyişikliklər nəticəsində Fondun fəaliyyət istiqamətinə pandemiyada zərər çəkmiş sahibkarlara ölkədəki banklar vasitəsilə subsidiyaların və zəmanətlərin verilməsi mexanizmi əlavə olunub.
“AccessBank”ın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Yevgeniya Qaşikulina Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlığı şərh edib:“Yaxşı düşünülmüş məhsul dizaynı və icrasının sadəliyi sayəsində Fondun təklif etdiyi kreditlər sahibkarlar arasında çox məşhurdur. Bu kreditlər üçün dövlət tərəfindən verilən subsidiya müştəriləri aktiv investisiya qoymağa sövq edir. Əminik ki, yaxın gələcəkdə bizneslər bərpa olunduqca innovativ layihələrin maliyyələşdirilməsi üçün müraciətlərin sayı da artacaq. "
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 Əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına (Facebook, Instagram, LinkedIn)daxil olmaq olar.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 37 d. əvvəl
-
-
43 d. əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 48 d. əvvəl
-
54 d. əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)





.jpg)



.jpg)









