YT Park Koreya Agentliyilə əməkdaşlıq perspektivlərini müzakirə edib
AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan ofisinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Görüşdə YT Parkın baş direktoru Vasif Abbasov, icraçı direktoru Zaur Nəhmətov, eləcə də KOICA Azərbaycan ofisinin proqram koordinatorları Yeojun Kim və Səidə Səidi iştirak ediblər.
Əvvəlcə YT Parkın baş direktoru Vasif Abbasov qonaqlara texnoparkda həyata keçirilən layihələr, burada mövcud olan maddi-texniki baza və müasir tələblərə cavab verən iş şəraiti barədə ətraflı məlumat verib. Bildirib ki, innovativ və yüksək texnologiyalar əsasında elmtutumlu istehsalın inkişafı, Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması, eləcə də ölkə alimlərinin əldə etdiyi nəticələrin kommersiyalaşdırılması YT Parkın əsas məqsədlərindəndir.
V.Abbasov iqtisadiyyatda yüksək texnologiyaların tətbiqinin vacibliyi məsələsinə toxunaraq, bu prosesin yüksək dinamikasının təmin edilməsinin əsas yolunun elmi tədqiqat və təcrübə konstruktor işlərinin multidissiplinar yanaşma əsasında və məqsədyönlü innovasiya proqramları daxilində tətbiq edilməsi ilə mümkün olduğunu vurğulayıb.
Əlavə edib ki, görüşün keçirilməsində əsas məqsəd Koreya ilə innovasiya sahəsində birgə əməkdaşlıq perspektivlərinin genişləndirilməsinə, bu ölkənin qeyd olunan sahədəki zəngin təcrübəsinin YT Parkda tətbiqinə nail olmaqdır.
Baş direktor texnoparkın rezidentləri üçün yaradılan güzəştlər və münbit şəraitdən də söz açıb, ölkəmizdə yaradılan əlverişli investisiya mühitindən danışıb. Qeyd edib ki, Azərbaycanda biznes fəaliyyətinə başlamaq istəyən Koreya investor və şirkətləri üçün YT Parkda potensial şərait mövcuddur.
Görüşdə, həmçinin YT Parkın strateji hədəflərə nail olmaq üçün kifayət qədər geniş perspektivlərə malik olduğu qeyd olunub, iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi üzrə geniş fikir mübadiləsi aparılıb.
Sonra çıxış edən Yeojun Kim Koreya Respublikasının uğurlu innovasiya siyasətindən bəhs edib. O, Koreya təcrübəsinə olan yüksək münasibətə görə təşəkkürünü bildirib, KOICA-nın Yüksək Texnologiyalar Parkının qarşıya qoyduğu vəzifələri həyata keçirməsində dəstəkləməyə hazır olduğunu vurğulayıb.
Görüş zamanı əməkdaşlıq istiqamətləri və gələcək planlar müzakirə edilib. İki qurum arasında ortaq istiqamətlərdə səmərəli əməkdaşlığın təşkilinə və birgə layihələrin həyata keçirilməsinə dair qarşılıqlı fikir mübadiləsi aparılıb
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 d. əvvəl
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
-
51 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
55 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
Ən çox oxunanlar
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi







.jpg)









.jpg)


