“Rabitəbank“ 28 yaşını qeyd edir - BÖYÜKLÜYÜ 800 MİLYON MANATA YAXINLAŞIB
Müstəqil Azərbaycanın ilk banklarından olan “Rabitəbank” ASC fəaliyyətinin 28-ci ilini qeyd edir.
"Rabitəbank"dan Marja-ya daxil olmuş məlumata görə, Bank 1993-cü il, 30 iyunda təsis edilmiş və fəaliyyətinin ilk vaxtlarından bugünədək innovativ bankçılıq həlləri ilə müştərilərin rəğbətini qazana bilmişdir.
Hazırda “Rabitəbank” müştərilərə müxtəlif növ bank xidmətləri (hesablaşma-kassa xidmətləri, müxtəlif istehlak və biznes kreditləri, əmanətlər, plastik kartlar, pul köçürmələri, İnternet texnologiyaları əsasında distant bank xidmətləri və s.) göstərir. Hal-hazırki dövrdə bankın aktivləri 800 milyon manata, kredit portfeli isə 450 milyon manata yaxınlaşmaqdadır.
Bankın mühüm məqsədlərindən biri müştəri xidməti keyfiyyətinin davamlı inkişafı, göstərilən xidmətləri genişləndirmək və şərtlərini asanlaşdırmaqdır. Bu həm Bankın sloqanında – “Rahat bankçılıq”, həm də fəaliyyətində və konkret xidmətlərində öz əksini tapır.
Məlumatda qeyd edilib ki, “Rabitəbank” müxtəlif beynəlxalq və xarici maliyyə təşkilatları ilə sıx əməkdaşlıq edir və bu əməkdaşlığın əsas istiqamətlərindən biri də sahibkarlığın kreditləşdirilməsi və ticarətin maliyyələşdirilməsi üzrə müxtəlif layihələrin həyata keçirilməsidir. Bank sahibkarlığın kreditləşdirilməsi və ipoteka kreditlərinin verilməsi üzrə dövlət proqramlarında da aktiv iştirak edir və bu istiqamətdə Aqrar Kredit və İnkişaf Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, İpoteka və Kredit Zəmanət Fondu ilə əməkdaşlıq edir. “Rabitəbank” Kiçik və Orta Sahibkarlıq seqmentində fəaliyyət göstərən iş adamlarına davamlı maliyyə dəstəyi həyata keçirir. Bunlara kiçik və orta biznes nümayəndələri arasında təchizat zəncirinin maliyyələşdirilməsi, ticarətin maliyyələşdirilməsi, invoysların və sifarişlərin maliyyələşdirilməsi kənd təsərrüfatında rəqabət qabiliyyətinin gücləndirilməsi üçün biznes krediti məhsulları daxildir.
Sahibkarlara rahat bankçılıq imkanları təqdim edən Bankın illik strateji hədəflərinə kiçik və orta sahibkarların maliyyə əlçatanlığını asanlaşdırmaq üçün yeni məhsulların və alternativ satış kanallarının yaradılması daxildir. Bu xidmət toplusu kiçik və orta sahibkarlar üçün alternativ sərfəli maliyyə mənbəyi olmaqla “Rabitəbank” və biznes müştəriləri arasında daha effektiv tərəfdaşlıq qurmağa təkan verəcək.
Azərbaycanın bank sektoruna gətirdiyi yenilikləri ilə daim nümunəvi olan “Rabitəbank” 28-ci fəaliyyət ili ərzində rəqəmsal həllər vasitəsiylə bank xidmətlərinə əlçatanlığı artırmaq və müştərilərin maliyyə savadlılığının yüksəldilməsi istiqamətində mühüm dəyişiklər həyata keçirib. Bank yenilənmiş İnternet Bankçılığı, xaricə kartdan-karta pul köçürmələri, “Zolotaya Korona”, “ƏDV Geri Al”, “Onlayn Çat” və bir sıra funksionallıqları ilə daha da təkmilləşdirilmiş Mobil Bankçılığı ilə müştərilərinə rahat və distant bankçılıq xidmətləri göstərməkdədir.
Bu gün “Rabitəbank” 900-ə yaxın əməkdaşı ilə 450 mindən çox müştəriyə – fiziki və hüquqi şəxslərə müxtəlif istiqamətlərdə maliyyə xidmətlərini göstərməkdə davam edir. “Rabitəbank” ötən illərdə əldə etdiyi nailiyyətlərə əsaslanaraq qarşıdan gələn dövrlərdə də uğurlarını davam etdirmək əzmindədir. Bank 28 il ərzində qazanılmış uğurlarda payı olan əməkdaşlarına, müştərilərinə, tərəfdaşlarına - hər kəsə dərindən təşəkkür edir.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
-
4 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
5 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda
























